Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Güzəştli təhsil

GÜZƏŞT DƏRƏCƏLƏRİ (2026-2027 tədris ili üçün)

Hədəf Kurslarında təhsil haqqı güzəştləri

 

Hədəf Kurslarında təhsil haqqı güzəştləri

“Hədəf Kusları” MMC şagirdlərin stimullaşdırılması və təhsilinə dəstək məqsədilə təhsil haqqına güzəştlər tətbiq edir. Müxtəlif sosial qruplardan olan, həmçinin istedadlı şagirdlər aşağıdakı güzəştlərdən yararlana bilərlər:

Qəbul-güzəşt kampaniyası üzrə tətbiq edilən güzəştlər
Hər il keçirilən qəbul-güzəşt imtahanına əsasən həm Hədəf Kurslarında təhsil alan, həm də kənardan müraciət edən şagirdlər üçün təhsil haqqına 15 % – 100 % arası güzəşt əldə edə bilərlər. Qəbul-GÜZƏŞT imtahanında orta məktəbdə təhsil alan (Azərbaycan və rus bölməsi) VIII, IX, X sinif şagirdləri iştirak edə bilər. Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən:

VIII – IX –X  siniflər üzrə 

  1. 291 – 300 bal toplayan şagirdlər üçün 100% güzəşt
  2. 271 – 290 bal toplayan şagirdlər üçün 70% güzəşt
  3. 251 – 270 bal toplayan şagirdlər üçün 50% güzəşt
  4. 231 – 250 bal toplayan şagirdlər üçün 30% güzəşt
  5. 201 – 230 bal toplayan şagirdlər üçün 20% güzəşt
  6. 150 – 200 bal toplayan şagirdlər üçün 15% güzəşt

 2. Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid övladlarına tətbiq edilən güzəştlər

a) Vətən müharibəsi şəhidləri övladlarının təhsil haqqına 100% güzəşt edilir.

b) Vətən müharibəsi qazilərinin (əlilliyi olan) övladlarına 50% məbləğində güzəşt edilir

c) Vətən müharibəsi iştirakçılarına 30% məbləğində güzəşt edilir.

  1. Hədəf Şirkətlər Qrupunda çalışanlar üçün tətbiq edilən güzəştlər

Hədəf Şirkətlər Qrupuna daxil olan istənilən şirkətdə fəaliyyət göstərən əməkdaşların övladları üçün 30 % güzəşt tətbiq edilir.

  1. Bir ailədən bir neçə şagird təhsil alarsa, tətbiq edilən güzəştlər

Bir ailədən (sadəcə qardaş-bacı) ikinci uşağa görə 15%, üçüncü və daha çox uşağa görə hərəsinə 20% güzəşt edilir. Təhsil alanların təhsil haqları arasında fərq olduqda endirim ən aşağı təhsil haqqına uyğunlaşdırılır.

  1. Məzunlar üçün tətbiq edilən güzəştlər

Hədəf Şirkətlər Qrupunun (kurs və lisey) məzunlarının övladlarına 10 % məzun endirimi olunur. Məzun endirimindən istifadə etmək üçün məzun olduğunu təsdiq edən sənəd və ya məzun olduğu filialın rəhbərinin rəyi təqdim edilməlidir.

  1. İstedada görə tətbiq edilən güzəştlər

Respublika fənn/layihə olimpiadalarında və beynəlxalq fənn/layihə olimpiadalarında ilk üç yeri tutmuş mərkəzin cari şagirdlərinin (növbəti dərs ilindən başlamaqla) və ya yeni müraciət edən şagirdlərin illik təhsil haqqına aşağıdakı qaydada endirim və güzəştlər tətbiq olunur:

a) Beynəlxalq olimpiadalarda ilk 3 yer tutmuş şagirdlərə:

Beynəlxalq riyaziyyat olimpiadası (IMO); Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO); Avropa qızlar riyaziyyat olimpiadası (EGMO); Beynəlxalq fizika olimpiadası (IPHO); Avropa fizika olimpiadası (EUPHO); Asiya fizika olimpiadası (APHO); Beynəlxalq kimya olimpiadası (ICHO); Beynəlxalq Mendeleyev kimya olimpiadası; Beynəlxalq biologiya olimpiadası (IBO); Beynəlxalq informatika olimpiadası (IOI)

I yer – 100 %

II yer – 70 %

III yer – 50 %

b) Respublika olimpiadalarında ilk 3 yer tutmuş şagirdlərə:

Respublika fənn olimpiadası (RFO)

Respublika fənn müsabiqəsi (RFM)

I yer – 100 %

II yer – 70 %

III yer – 50 %

c) Beynəlxalq müsabiqələrin final mərhələsində ilk 3 yer tutmuş şagirdlərə:

SEAMO, PİSMO, SİMSO, WMI, GMEC, TEENEAGLE, Lütfi Zadə adına Məntiq   Olimpiadası

I yer – 60 %

II yer – 40 %

III yer – 20 %

d) Beynəlxalq müsabiqələrin seçim mərhələsində ilk 3 yer tutmuş şagirdlərə:

SEAMO, PISMO, SIMSO, WMI, GMEC, TEENEAGLE

I yer – 50 %

II yer – 20 %

III yer – 10 %

e) Respublika STEAM müsabiqələrində ilk 3 yer tutmuş şagirdlərə:

SAF – STEAM, SABAHIN ALİMLƏRİ, AZERCELL CUP

I yer – 70 %

II yer – 50 %

III yer – 30 %

h) Fənnlərin Dostluğu Olimpiadası (FDO), Türk İneqrasiya Olimpiadası, qaliblərinin güzəştləri hər il müsabiqədən öncə müəyyən edilir.

7. IX sinif DİM imtahanının nəticəsinə əsasən güzəştlər

  1. 291 – 300 bal toplayan şagirdlər üçün 100% güzəşt
  2. 271 – 290 bal toplayan şagirdlər üçün 70% güzəşt
  3. 251 – 270 bal toplayan şagirdlər üçün 50% güzəşt
  4. 231 – 250 bal toplayan şagirdlər üçün 30% güzəşt
  5. 201 – 230 bal toplayan şagirdlər üçün 15% güzəşt
  6. 150 – 200 bal toplayan şagirdlər üçün 10% güzəşt

Hədəf güzəşti

a) Hədəf Kurslarında təhsil alıb, heç bir güzəştə düşməyən şagirdlər təhsilini Hədəf

KURSLARINDA davam etdirmək istəyərsə15% güzəşt tətbiq edilir.

Valideynini itirən şagirdlər üçün tətbiq edilən güzəştlər

Valideynlərindən birini itirmiş şagirdlər üçün 15%, hər iki valideynini itirmiş şagirdlər  

üçün  30% güzəşt tətbiq edilir.

Əməkdaşlıq üçün tətbiq edilən güzəştlər

Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlıq müqaviləsi bağlamış şirkətlərin çalışanları həmin şirkətin arayış və niyyət məktubunu təqdim etdikləri halda həmin şəxslərin övladlarına 10% güzəşt tətbiq edilir.

Birdəfəlik ödəniş üçün tətbiq edilən güzəştlər

İllik təhsil haqqı tam və ya hissə-hissə ödənilə bilər. Birdəfəlik tam ödənişlərə 10% güzəşt tətbiq edilir.

Hədəf Şirkətlər Qrupu olaraq təhsili daha əlçatan etmək məqsədilə əməkdaşlıq etdiyimiz müxtəlif qurumların əməkdaşları üçün xüsusi güzəştlər təqdim edirik.

Dəyərlisən platforması vasitəsilə PAŞA Qrupu əməkdaşları üçün:

Hədəf Kursları – 20% endirim

Hi Languages Dil Kursu – 15% endirim

Hədəf Liseyi Stars Campus – 20% endirim

Hədəf Liseyi – 15% endirim

Balabilgə Uşaq Bağçası – 15% endirim

ASAN Xidmət əməkdaşları üçün:

Hədəf Kursları – 20% endirim

Hi Languages Dil Kursu – 15% endirim

Hədəf Liseyi Stars Campus – 20% endirim

Hədəf Liseyi – 15% endirim

Balabilgə Uşaq Bağçası – 15% endirim

MÜSİAD əməkdaşları üçün:

Hədəf Kursları – 10% endirim

 Hi Languages Dil Kursu – 10% endirim

 Hədəf Liseyi Stars Campus – 10% endirim

 Hədəf Liseyi – 10% endirim

 Balabilgə Uşaq Bağçası – 10% endirim


 Sale365 platforması vasitəsilə ABB, Azerconnect, Bank of Baku, Dünya Göz, Bank Respublika, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Metro və Crocusoft əməkdaşları üçün:

Hədəf Kursları – 20% endirim

Hi Languages Dil Kursu – 15% endirim

Hədəf Liseyi Stars Campus – 15% endirim

Hədəf Liseyi – 15% endirim

Balabilgə Uşaq Bağçası – 15% endirim


 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi əməkdaşları üçün:

Hədəf Kursları – 15% endirim

Hi Languages Dil Kursu – 15% endirim

Hədəf Liseyi Stars Campus – 15% endirim

Hədəf Liseyi – 15% endirim

Balabilgə Uşaq Bağçası – 15% endirim


 Qeyd: Güzəştlər 1 illik müddətə şamil olunur və hər il yenidən nəzərdən keçirilir.

Hədəf Şirkətlər Qrupu olaraq əməkdaşlıq etdiyimiz qurumların əməkdaşlarına dəstək göstərməkdən və keyfiyyətli təhsil imkanlarını daha əlçatan etməkdən məmnunuq.

Erkən qeydiyyat üçün tətbiq edilən güzəştlər

1 iyul  TARİXİNƏ QƏDƏR QEYDİYYATDAN KEÇƏNLƏRƏ 10% erkən güzəşt tətbiq olunur.

QEYD:

  • Heç bir halda güzəştlər toplanılmır. Ən yüksək güzəşt tətbiq edilir.
  • Bütün güzəştlər sadəcə təhsil haqqı güzəştinə tətbiq edilir.
  • Olimpiadada sadəcə fərdi şəkildə qazanılan qalibiyyətlər nəzərə alınır.
  • Hansısa müsabiqə və ya bilik yarışları olimpiada statusu daşımır.
  • Hədəf KURSUNDA təhsil aldığı ildən asılı olmayaraq güzəşt cari ilin təhsil haqqı üzərindən hesablanılır.
  • 50-100 % GÜZƏŞT ƏLDƏ ETMIŞ ŞƏXSLƏRIN ÖDƏNIŞI BIRDƏFƏLIK ÖDƏNILIR, HISSƏLƏRƏ BÖLÜNMÜR VƏ GERI QAYTARILMIR.
  • BÜTÜN GÜZƏŞTLƏR LAYIHƏNIN ELAN OLUNDUĞU TARIXLƏRDƏ KEÇƏRLIDIR.