4 iyun 2023-cü il tarixində Hədəf Kursları və Hədəf Liseyinin bütün filiallarında hazırda əməkdaşlıq etdiyimiz müəllimlərin attestasiya imtahanı və 2023-2024-cü tədris ili üçün yeni və peşəkar müəllim kollektivinin tədrisə cəlb edilməsi məqsədilə qəbul imtahanı keçirilmişdir.
Qəbul imtahanı Azərbaycan və rus bölməsi üzrə aparılmışdır. İmtahanda 2500-ə yaxın müəllim heyəti iştirak etmişdir. Onlardan 2000-ə yaxın müdavim “Hədəf” kollektivinə qoşulmaq üçün öz biliklərini sınamışdır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən filiallarımız üçün ixtisaslar üzrə iştirakçıların nəticəsinə əsasən formalaşan minimum keçid ballar aşağıdakı kimidir:
Azərbaycan dili, ədəbiyyat – 22,5 / 13,75
Rus dili - 30,25
Rus dili, ədəbiyyat - 21 / 12,5
Riyaziyyat - 19
Kimya - 27,25
Fizika - 23,25
Tarix - 32,5
İngilis dili - 30
Coğrafiya - 30
Biologiya - 35
İnformatika - 30,5
İbtidai sinif - 30
Məntiq - 26,25
Məktəbəqədər - 21,25
Qeyd: Hörmətli müdavimlər, riyaziyyat fənni üzrə sualların nisbətən çətin olduğunu nəzərə alaraq keçid balı 19-a endirilmişdir.