Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Xocalı şəhidlərinin anım günü - “Ana harayı” abidəsinə ziyarət

Fev 26, 2024
Xocalı şəhidlərinin anım günü - “Ana harayı”  abidəsinə ziyarət

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal olunub, yerli sakinlərə divan tutulub. Qadın, qoca, uşaq, gənc demədən misli görünməmiş vəhşilik törədiblər.

hedefliseyi.edu.az xəbər verir ki, bu münasibətlə Hədəf Şirkətlər Qrupu rəhbərliyi, əməkdaşları və “Bir şəhidin kitabı” layihəsinin qalib balabilgələrinin “Ana harayı” abidəsinə ziyarəti baş tutub. Abidənin qarşısına qərənfillər düzüblər.

Xocalı qətliamı xalqımıza yaşadılan ən faciəli hadisədir. Hazırda torpaqlarımız düşmən tapdağından azad olunsa da, Azərbaycan xalqı bu faciəni əsla unutmayacaq.

Allahdan xalqımıza səbir, bütün şəhidlərimizə rəhmət diləyirik!