Türkiyənin YÖS və beynəlxalq universitet hazırlığı sahəsində tanınmış təhsil brendlərindən biri olan Metropol Eğitim Kurumları fəaliyyətini Azərbaycanda Hədəf Kursları ilə strateji əməkdaşlıq çərçivəsində davam etdirir.
2026–2027 tədris ili üzrə TR-YÖS, SAT, AP və akademik ingilis dili proqramlarına qeydiyyat artıq başlayıb. Türkiyənin nüfuzlu universitetlərində təhsil almağı hədəfləyən abituriyentlər yeni tədris ili üçün müraciətlərini edə bilərlər.
Bu əməkdaşlığın əsas məqsədi Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycanlı gənclərə beynəlxalq standartlara uyğun hazırlıq proqramları təqdim etmək, onların qəbul göstəricilərini artırmaq və keyfiyyətli təhsil imkanlarını daha da genişləndirməkdir.
Əməkdaşlıq çərçivəsində TR-YÖS, SAT, AP, akademik ingilis dili və digər beynəlxalq hazırlıq proqramları üzrə dərslər Metropol Eğitim Kurumlarının uzun illərə söykənən təcrübəsi və Hədəf Kurslarının Azərbaycandakı güclü təhsil infrastrukturu əsasında həyata keçiriləcək.
Yeni tədris mövsümündə dərslər Əhmədli, Nizami və Sumqayıt filiallarında təşkil olunacaq. Yaxın zamanda fəaliyyət coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.
Metropol Eğitim Kurumları və Hədəf Kursları bu əməkdaşlığın Azərbaycan gənclərinin nüfuzlu universitetlərə qəbul imkanlarını artıracağına və beynəlxalq təhsil sahəsində yeni uğurlara töhfə verəcəyinə inanır.