Hədəf Kurslarında 2025–2026-cı tədris ili ərzində fəaliyyəti və nəticələri ilə fərqlənən müəllim və şagirdlərin təltif olunması münasibətilə tədbir keçirilib.
Tədbirdə 100-ə yaxın müəllim və şagird, eləcə də valideynlər iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev çıxış edərək tədbiri açıq elan edib.
Ardınca Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsafa çıxış edərək müəllim və şagirdlərin əldə etdikləri uğurlardan, qarşıya qoyulan hədəflərdən və il ərzində görülən işlərdən bəhs edib. Tədbirin növbəti hissəsində Hədəf Kurslarının icraçı direktorunun Elm və Təhsil departamenti üzrə müavini Şakir Hüseyn 2025–2026-cı tədris ili ərzində kursların fəaliyyəti və statistik göstəriciləri barədə məlumat təqdim edib.
Tədbir çərçivəsində il ərzində fəaliyyəti ilə fərqlənən müəllimlərin və yüksək nəticə göstərən şagirdlərin təltif olunması mərasimi keçirilib. Müəllimlərin çıxışları, şagirdlərin sevinc və həyəcan dolu ürək sözləri, eləcə də valideynlərin övladlarının uğurları ilə bağlı fikirləri tədbirə xüsusi emosional ab-hava qatıb.
Sonda uğurları ilə fərqlənən müəllim və şagirdlər təltifnamə, təşəkkürnamə və müxtəlif mükafatlarla mükafatlandırılıblar. Tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.
Hədəf Kurslarında təşkil olunan bu tədbir zəhmətin, əzmin və düzgün istiqamətləndirmənin uğurun əldə olunmasında mühüm rol oynadığını bir daha nümayiş etdirib.
Hədəf Kursları olaraq bütün müəllim və şagirdlərimizi təbrik edir, onlara yeni tədris ilində daha böyük uğurlar arzulayırıq!
Hədəf Kursları — Hədəfi olanların məktəbidir!