Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Şəmil Sadiq Şimalı Kipr Türk Respublikası Prezidenti ilə görüşdü

İyul 11, 2025
Şəmil Sadiq Şimalı Kipr Türk Respublikası Prezidenti ilə görüşdü

Hədəf Şirkətlər Qrupunun nümayəndə heyəti Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) işgüzar səfər edib. Nümayəndə heyəti qurumun baş direktoru Şəmil Sadiqin başçılığı ilə mühüm görüşlər keçirib.

Səfər çərçivəsində nümyandə heyətini KKTC Prezidenti Ersin Tatar, təhsil naziri Nazim Çavuşoğlu və Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç xüsusi qonaq qismində qəbul ediblər.

Görüşlərdə təhsil sahəsindəki Azərbaycan  Kuzey Kıbrıs əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı tələbə-müəllim mübadiləsi mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

Şəmil Sadiq plaketxatirə hədiyyələri təqdim edib və bu əməkdaşlıq məsələsində Azərbaycan Prezidenti İlham Əliyevin KKTC-yə olan səmimi münasibətindən ilhamlandığını vurğulayıb.

O, reytinq siyahılarında qabaqcıyer tutan Kuzey Kıbrıs universitetlərinin Azərbaycanın “Xaricdə Təhsil” proqramına daxil edilməsinin gənclərə yeni fürsətlər yaradacağını və Kiprdə dövlət hesabına təhsilin mümkünlüyünün vacibliyini xüsusi qeyd vurğulayıb.

“Könlümüzü sevgi ilə dolu gətirmişdik, göstərilən hörmət və isti münasibətlə doldurub geri dönürük” Şəmil Sadiq sonda qeyd edib.

Şəmil Sadiq Doğu Akdeniz Universitetinin Məzun Gününə qatılıb və məzunlara diplomlarını təqdim edib.

Qeyd edək ki, Hədəf Şirkətlər Qrupu Doğu Akdeniz Universitetinin Azərbaycandakı rəsmi təmsilçisidir.