Bilik Gününə özəl şam yeməyi
Hədəf Şirkətlər Qrupu yenə bir ilkə imza ataraq ölkəmizin tanınmış və hörmətli müəllimlərinin iştirakı ilə xüsusi bir görüş təşkil etdi. Tədbirdə uzun illər Hədəf ailəsinin bir parçası olmuş və ya Azərbaycan təhsilində mühüm mövqeyə sahib olan ziyalı müəllimlər bir araya gəldilər.
Görüş zamanı təhsil sahəsində qazanılmış nailiyyətlər, müəllimlərin gəncliyin maariflənməsinə verdiyi töhfələr, gəncliyin inkişafı üçün görülən işlər ətraflı müzakirə olundu.
Tədbirin açılışını Hədəf Şirkətlər Qrupunun baş direktorunun müavini Elvin Əliyev öz nitqi ilə etdi. Ardınca şirkətin qurucu direktoru Şəmil Sadiq qonaqları salamlayaraq ölkə təhsilinin hazırkı vəziyyəti, təhsil fədailərinin rolu və müəllimlərin bu yolda daşıdığı mühüm missiyadan bəhs etdi.
Profayler, yalan üzrə ekspert və insan davranışları üzrə mütəxəssis Təbriz Hacınski tədbir iştirakçıları ilə maraqlı və dəyərli görüş keçirdi. Standapçı Fərda Amin isə gülüş dolu anlarla gecəyə xüsusi rəng qatdı.
Görüş səmimi söhbətlər, dostcasına mühit və təhsil adına fikir mübadiləsi ilə yadda qaldı. Xüsusilə uzun illər bir-birini görməyən müəllimlərin görüşü, dostluq və həmrəylik ab-havası hər kəsə unudulmaz anlar yaşatdı.
Tədbir, həm də Bilik Günü münasibətilə daha da mənalı oldu. Müəllimlərimizlə birlikdə bu günü dostluq, birlik və təhsil adına qeyd etmək bizə böyük qürur verdi.
Görüşdə iştirak edən bütün müəllimlərə təşəkkür edirik və inanırıq ki, növbəti görüşlərimiz daha da möhtəşəm olacaq.