Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

YÖS hazırlığı

YÖS hazırlığı

YÖS hazırlığı

YÖS hazırlığı Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır. Türkiyədə bakalavr təhsili almaq üçün YÖS imtahanı keçirilir. YÖS imtahanının nəticələri sadəcə Türkiyə universitetləri üçün keçərlidir.

Türkiyə universitetləri öz ixtisaslarına uyğun olaraq YÖS imtahan nəticəsi ilə tələbə qəbulu edir. Buraya bir çox sahələr aiddir: tibb, əczaçılıq, psixoloq, hüquq, müəllim və s.

YÖS imtahanının qəbul qeydiyyatı, əsasən, mart-aprel aylarında həyata keçirilir. Bu zaman içində hər bir universitet öz qəbul, imtahan tarixlərini və şərtlərini açıqlayır.

YÖS imtahanı 2 mərhələdən ibarətdir:

Birinci mərhələ:

Məntiq

Riyaziyyat

İmtahan sual sayı universitetlərdən asılı olaraq dəyişir. İmtahanda qiymətləndirmə 80 ballıq sistemlə aparıldıqda hər sual 1 bal, 100 ballıq sistemlə aparıldıqda isə hər sual 1,25 balla dəyərləndirilir.

İmtahan vaxtı 100-110 dəqiqə intervalında dəyişir. Bu imtahan müddəti universitetin seçimindən asılıdır.

İkinci mərhələ:

– Türk dili

Türkiyə universitetlərində təhsil Türk dilində olacağı üçün TYS imtahanı vermək mütləqdir. Türk dili imtahanında türk dili biliyiniz yoxlanılır və imtahanın müddəti 60 dəqiqədir.

“Hədəf Kursları”nda YÖS hazırlığı dərsləri həftədə 3 gün olmaqla həftəlik 10 dərs saatı müddətində keçirilir.

Hazırda YÖS imtahanının MYÖS imtahanı əsasında keçirilməsi nəzərdə tutulur, bu da – tibb, diş həkimliyi, veterinerlik, mühəndislik, bilgisayar və s. əsaslı bölümlərin universitetin təyin etdiyi imtahan formasında aparılması deməkdir.

Lakin Yüksek Öğretim Kurulunun bu ilin əvvəlində aldığı qərara əsasən, 2023-cü ildən etibarən TR – YÖS imtahanı ÖSYM tərəfindən keçiriləcək. Bu ilk imtahan 2023-cü ilin yanvar ayı üçün nəzərdə tutulmuşdur.

Lakin hələ ki, dəqiq tam məlumat olmadığı üçün tələbələrin MYÖS imtahanlarına uyğun hazırlaşmaları məqsədəuyğundur.