Hədəf Kurslarında 2025/2026-cı tədris ili üzrə Qəbul-güzəşt imtahanı keçirildi.
11 may tarixində isə Hədəf Kursları və Hədəf STEAM Liseyinin bütün filiallarında Qəbul-güzəşt imtahanı uğurla keçirildi.
İmtahan 15 fərqli mərkəzdə təşkil olundu və minlərlə şagird Hədəf ailəsinə qoşulmaq üçün bilik yarışına qoşuldu.
Qəbul-güzəşt imtahanı — Hədəf Kursları və Hədəf STEAM Liseyinə qəbulun əsas mərhələsidir və hər il ənənəvi olaraq təşkil olunur. İmtahanın keçirilməsində məqsəd:
Şagirdlərin bilik və mühakimə qabiliyyətlərini qiymətləndirmək, xüsusi istedada malik gəncləri müəyyənləşdirmək və imtahan nəticələrinə əsasən onlara güzəştli və ya tam ödənişsiz təhsil imkanı təqdim etməkdir.
İmtahanda 3–10-cu siniflərdə təhsil alan, 4–11-ci siniflərə qəbul olunmaq istəyən şagirdlər iştirak etdilər.
İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə keçirildi. Nəticələrə əsasən, 18 şagird 100 % təqaüd, yüzlərlə şagird isə 10 %-dən 70 %-dək güzəştli təhsil imkanı qazanacaq.
Qeyd edək ki, güzəşt imtahanının nəticələri 20 iyun tarixinə qədər qüvvədədir.
Qeyd: Nəticələr 7 iş günü ərzində elan olunacaq.