Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

26 may – Müəllimlərin İşə Qəbulu imtahanı üzrə biletlər artıq satışda

Apr 22, 2024
26 may – Müəllimlərin İşə Qəbulu imtahanı üzrə biletlər artıq satışda

Hədəf Kurslarında keçirilən imtahanlar üçün “Onlayn satış sistemi” artıq fəaliyyət göstərir. Bu sistem vasitəsilə imtahanlarda iştirak etmək istəyən şəxslər filiallara yaxınlaşmadan, onlayn qaydada bilet əldə edə bilərlər. Sistemə giriş hedef.edu.az saytında yerləşdirilmiş mavi rəngli Bilet Al düyməsi vasitəsilədir. 

“Onlayn satış sistemi”- nin istifadə qaydası aşağıdakı kimidir.

  1. Bilet Al düyməsilə ilə keçid etdikdən sonra açılan səhifədə ilk öncə İmtahan məlumatları bölməsində istifadəçi İmtahan növü, İmtahan tarixi, İmtahan mərkəzi, Bölmələr və İxtisaslar sahələrini müvafiq şəkildə seçdikdən sonra Növbəti düyməsini sıxır
  2. Daha sonra istifadəçinin qarşısında Şəxsi məlumatlar hissəsi açılır. Bu səhifədə isə Unikal kod (Şəxsiyyət vəsiqəsindəki fin kod), Telefon, Soyad, Ad və Ata adı sahələrinə şəxsi məlumatlar daxil edilir.
  3. Bu sahələr doldurulduqdan sonra ekranın sağ tərəfində olan hissədən məlumatların doğruluğunu yoxlayıb Təsdiq et düyməsi seçilir.

  4. Məlumatların doğruluğu təsdiqləndikdən sonra artıq Ödəniş et düyməsi aktivləşir və istifadəçi ödəniş səhifəsinə yönləndirilir.
  5. Ödəniş hissəsində isə istifadəçi müvafiq kart məlumatlarını daxil edərək bileti əldə edə bilər.

Bu proseslərin son mərhələsi olaraq istifadəçinin qarşısına İmtahana buraxılış vərəqi çıxır. İstifadəçi bu vərəqi çap edə və ya pdf formatında telefonun yaddaşında saxlaya bilər.