27, 28 və 29 avqust tarixlərində davam edən "Hədəf pedaqoji seminar – 16” yekunlaşdı. Hədəf STEAM Liseyi və Hədəf Kurslarında müəllimlərin peşəkar inkişafına dəstək vermək və təhsildə keyfiyyətin daha da yüksəlməsinə nail olmaq üçün işə yeni qəbul olunan pedaqoji heyətlə seminarlar təşkil olunur. Ənənəyə sadiq qalaraq 2024/2025-ci tədris ili üzrə seminarlar 27 – 29 avqust tarixlərində Hədəf STEAM Liseyinin Abşeron filialında keçirilir.
Tədbir Nizami Hüseynovun çıxışı ilə açıq elan olundu. Hədəf STEAM Liseyinin icraçı direktoru Nizami Hüseynov və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfanın açılış nitqi ilə başladı.
Hədəf Şirkətləq Qrupunun qurucu-direktoru Şəmil Sadiq Hədəf konsepti, konseptin yaranmasından və eyni zamanda liseydə konseptin rolundan bəhs etdi.
"Natiqlik və subordinasiya qaydaları", "Məktəb mühitində təlim-tərbiyə işinin təşkili", "Müəllimlərin davranış və intizam qaydaları, vəzifə və hüquqları", "Müəllim şagird münasibətlərində psixoloji yanaşma", "Sual yazma ustalığı, test yazarkən diqqət etməli olduğumuz məqamlar", "Hədəf Kurslarında tədrisin təşkili", "Sinif rəhbərinin işinin koordinasiyası, valideynlərlə işin aparılması", "Şirkətdaxili əməkdaşlığın tənzimlənməsi", "Müəllimin pedaqoji ustalığı", "Müəllim bir menecer kimi (sinfin idarə olunmasının əsasları)", "Müəllim bir menecer kimi (sinfin idarə olunmasının əsasları)", "Hədəfdə qiymətləndirmə", "Məktəb idarəetmə sistemi – “mis.edu.az” saytından istifadə, dərslik və əlavə resurlardan istifadə", "Hazırlıq dərslərinin tədris planı (IX –XI siniflər üzrə)", "STEAM dərslərində istifadə olunan əyani materiallar və veb resurslar (I – VIII siniflər üzrə)" mövzuları əsasında panellər və seminarlar keçirildi.
Hədəf Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadıqov, Fatimə Kərimli, Dilguşə Süleymanova, Məmməd Məmmədli, Elvin Əliyev, Vəli Vəlizadə, Fidan Məmmədova, Qafar Hüseynov, Səftər Əlsəfa, Türkanə Həziyeva, Emin Sadıqov, Səbinə Sadıqova, Vüsal Heybətov, Elmin Yaqubbəyli, Məmməd Kərimli, Nərmin Səlimova, Şakir Hüseynov, Təranə Sadıqzadə yuxarıda qeyd olunan mövzular əsasında çıxış edərək bilgilərini bölüşdülər və iştirakçılara tövsiyələrini verdilər.
Yeni müəllimlər Hədəf Şirkətlər Qrupunun qurucuları, komandası, sturukturu və daxili qaydaları barədə məlumatlandırıldılar.