14 sentyabr tarixində Hədəf Kurslarının Əcəmi filialında Bakının işğaldan azad edilməsinin 101-ci ili qeyd olunub.
Tədbiri giriş sözü ilə açan Əcəmi filialının müdir müavini Nuru Abdullayev: “1918-ci il sentyabrın 15-də Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını düşmən işğalından azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə isə nifrətinin göstəricisi idi. Ona görə də əcdadlarımızın bizə qoyub getdiyi vətənpərvərlik hissinə sahib çıxmaq və onu qorumağa borclu” olduğunu qeyd edib.
Daha çıxış edən filialın təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əliyev şagirdlərə Bakının azad edilməsinin böyük əhəmiyyətindən danışaraq: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlib Bakını erməni-bolşeviklərdən xilas etməsini həm də Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsi” olduğunu bildirib.
Sonda şagirdlər hərbi-vətənpərlik mövzusunda mahnılar ifa edib, şeirlər söyləyiblər.