Balacaların İlk Uğur Addımı!
4 iyun tarixində Hədəf Liseyi Nəsimi korpusunda Hədəf Kurslarının məktəbəqədər şagirdlərinin möhtəşəm buraxılış tədbiri keçirildi!
Bu sevincli gündə Nizami, Yasamal və Azadlıq filiallarından – həm Azərbaycan, həm də rus bölməsinin balaca məzunları iştirak etdilər.
🇦🇿 Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə rəsmi şəkildə açıldı. Ardınca Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq çıxış edərək, məzunlarımızı bu xüsusi gün münasibətilə təbrik etdi.
Daha sonra hər filialın təqdim etdiyi rəngarəng nömrələr, musiqili rəqslər, ifalar və səhnəciklər tədbirə unudulmaz rəng qatdı.
Balacalarımız üçün bu gün həm ilk səhnə təcrübəsi, həm də ən dəyərli xatirələrdən biri oldu.
Hər birini ürəkdən təbrik edir, təhsildə uğurlar arzulayırıq!