İkinci Türk İnteqrasiya Olimpiadası keçiriləcəkdir.
II Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçiriləcək olimpiadadır.
Bu olimpiada, türk xalqlarının "Dildə, fikirdə, işdə birlik" şüarının fərqində olmalarını və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu vasitəsilə birləşməsini hədəfləyir.
TİO, Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan "Hədəf Nəşrləri" tərəfindən təsis edilib. 14 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır, bir sualın şərtində və cavab variantlarında 2–5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.
Olimpiadanın əsas məqsədi:
Olimpiada bütün Türk dünyası məktəblilərini əhatə edir
Olimpiadada iştirak şərtləri:
Olimpiada iki mərhələdə baş tutacaq:
Ölkə seçim mərhələsi – 06 aprel 2025-ci il tarixdə hər ölkə öz seçim turunu online şəkildə təşkil edəcək.
Final mərhələsi – 03 may 2025-ci il tarixdə Bakı şəhərində keçiriləcək.
Olimpiadada 60 dəqiqə müddətində şagirdlər 20 sualı cavablandıracaqlar. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılacaq:
Maksimum bal 100-dür.
Olimpiadanın təşkilatçıları Hədəf Şirkətlər Qrupu, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Qazaxıstan Turan Universiteti, Doğu Akdeniz Universitetidir.
Olimpiada təşkilatçıların və tərəfdaşların maliyyə dəstəyi ilə təşkil olunacaqdır.
Əlavə məlumat və qeydiyyat üçün Hədəf Olimpiada Mərkəzinin www.tio.edu.az rəsmi saytına müraciət edə bilərsiniz.
Tel: +994 77 220 03 02