Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

HƏDƏF BİLİK YARIŞINDA QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜN MEYARLAR

May 13, 2017
HƏDƏF BİLİK YARIŞINDA QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜN MEYARLAR

Hədəf Kurslarına 2017-2018-ci tədris ili üçün QƏBUL İMTAHANI 14 may 2017-ci ildə keçiriləcək “Bilik yarışması” əsasında müəyyən ediləcəkdir. Qəbul imtahanında Azərbaycan və rus bölməsinin 8-9-10-cu sinif şagirdləri iştirak edir. Hədəf Kurslarının builki qəbul imtahanı üçün sualların hazırlanması prinsiplərində dəyişikliklər edilmişdir. Belə ki, :

– 8-9-cu siniflər üçün imtahan sualları yeni qaydalar əsasında Ana dili və riyaziyyat fənlərindən hazırlanmışdır.
– 10-ci sinif şagirdləri üçün imtahan sualları qruplar üzrə və qəbul proqramı əsasında hazırlanmışdır.

Qəbul imtahanında “Lider” aşağıdakı şəkildə müəyyən ediləcək:
– 8-9-cu siniflərdə Azərbaycan və rus bölməsinin ümumilikdə hər sinif üzrə ən yüksək bal toplamış şagirdi “Sinif lideri” adlandırılacaq.
– 10-cu siniflər üzrə lider Azərbaycan və rus və bölməsi olaraq qruplar üzrə birgə müəyyənləşəcək. Hər qrupun ən yüksək bal toplayan şagirdi “Qrup Lideri” adlandırılacaq.

– Lider olmuş şagirddən sonra ardıcıl şəkildə az toplayan şagirdlər isə müvafiq olaraq II, III və digər yerlərin qalibi hesab edilirlər.
– Eyni balı toplamış şagirdlər arasında Qalibin müəyyənləşməsi aşağıdakı şərtlər əsasında təyin edilir:

  • Düz cavabların sayının çoxluğu
  • Səhv cavabların sayının azlığı
  • İxtisas qrupunun əsas fənlərində nəticənin faizlə daha çoxluğu

Bu şərtlərdə üstün olan şagird eyni bal toplayan digər şagirdlə müqayisədə qalib hesab olunur. Bu şərtlər iki və daha artıq şagirddə üst-üstə düşərsə, Qaliblərin sayı şagirdlərin sayı ilə eyni olur. Bu halda nəzərdə tutulmuş güzəşt şagirdlərin hər birinə aid edilir və tam olmaqla, mükafat tərəflər arasında yarı şəkildə bölüşdürlür.