Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

“HƏDƏF BİLİK YARIŞMASI” KEÇİRİLDİ

May 15, 2017
“HƏDƏF BİLİK YARIŞMASI” KEÇİRİLDİ

14 May,2017-ci il tarixində Hədəf Kursları 8-9-10-cu siniflər üzrə mükafat fondu 6000 manat olan Bilik Yarışması keçirdi.Bilik yarışması eyni zamanda Azərbaycan və rus bölmələri üzrə kursa qəbul imtahanı kimi keçirildi.Yarışmada 3000-dən çox məktəbli öz biliyini sınadı. 3 saat keçən imtahan müddətində 8-9-cu siniflər imtahan suallarını yeni qaydalar əsasında Ana dili, riyaziyyat və ingilis dili fənlərindən cavablandırdı. 10-ci sinif şagirdləri üçün isə imtahan sualları qruplar üzrə və qəbul proqramı əsasında verildi.

Layihədə mükafatlar aşağıdakı şəkildə bölünmüşdür.

I yer: 500 Azn pul mükafatı, Hədəf kurslarında birillik ödənişsiz təhsil.

II yer: 300 Azn pul mükafatı və Hədəf Kurslarında 75% güzəştli təhsil.

III yer: 200 Azn pul mükafatı və Hədəf Kurslarında 50% güzəştli təhsil.

İlk onluq: Hədəf kurslarında 30% güzəştli təhsil.

İlk yüzlük: Hədəf kurslarında 15% güzəştli təhsil.


Nəticələr haqqında 2 gün ərzində şagirdlərə açıqlama veriləcək.