Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

HƏDƏF BİLİK YARIŞMASINDA İLK 10-LUĞA DÜŞƏN ŞAGİRDLƏRİN SİYAHISI

May 19, 2017
HƏDƏF BİLİK YARIŞMASINDA İLK 10-LUĞA DÜŞƏN ŞAGİRDLƏRİN SİYAHISI

14 May 2017-ci il tarixində Hədəf Kursları 8-9-10-cu siniflər üzrə mükafat fondu 6000 manat olan Bilik Yarışması keçirdi. Bilik yarışması eyni zamanda Azərbaycan və rus bölmələri üzrə kursa qəbul imtahanı mahiyyəti daşıyır. Yarışmada 3000-dən artıq məktəbli öz biliyini sınadı. 90 dəqiqə müddətində 8-9-cu siniflər imtahan suallarını yeni qaydalar əsasında Ana dili, riyaziyyat və ingilis dili fənlərindən cavablandırdı. 8-9-cu siniflərdə hər bir doğru cavab 8 balla qiymətləndirilir. Hər bir yanlış cavab doğru cavabdan 0.25% nisbətində bal çıxır. 10-ci sinif şagirdləri üçün isə imtahan sualları qruplar üzrə və qəbul proqramı əsasında aparıldı. 10-cu sinifdə balların hesablanma qaydası da DİM-in qəbul meyarlarına uyğun aparılır. Ümumilikdə 6 imtahan məntəqəsində keçirilən Bilik yarışması şagirdlərin biliklərinin qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Layihədə mükafatlar aşağıdakı şəkildə bölünmüşdür.

I yer: 500 azn pul mükafatı, Hədəf kurslarında birillik ödənişsiz təhsil.

II yer: 300 azn pul mükafatı və Hədəf Kurslarında 75% güzəştli təhsil.

III yer: 200 azn pul mükafatı və Hədəf Kurslarında 50% güzəştli təhsil.

İlk onluq: Hədəf kurslarında 30% güzəştli təhsil.

İlk yüzlük: Hədəf kurslarında 15% güzəştli təhsil.


Güzəştlər 15.06.2017 tarixinə qədər qeydiyyatdan keçənlərə şamil edilir.


Qəbul imtahanında qaliblər aşağıdakı şəkildə müəyyən edilir:
– 8-9-cu siniflərdə Azərbaycan və rus bölməsinin ümumilikdə hər sinif üzrə ən yüksək bal toplamış şagirdi “Sinif lideri” adlandırılır.
– 10-cu siniflər üzrə lider Azərbaycan və rus və bölməsi olaraq qruplar üzrə birgə müəyyənləşdirilir. Hər qrupun ən yüksək bal toplayan şagirdi “Qrup Lideri” adlandırılır.
– Lider olmuş şagirddən sonra ardıcıl şəkildə az toplayan şagirdlər isə müvafiq olaraq II, III və digər yerlərin qalibi hesab edilirlər.
– Eyni balı toplamış şagirdlər arasında Qalibin müəyyənləşməsi aşağıdakı şərtlər əsasında təyin edilir:

  • Düz cavabların sayının çoxluğu
  • Səhv cavabların sayının azlığı
  • İxtisas qrupunun əsas fənlərində nəticənin faizlə daha çoxluğu

Bu şərtlərdə üstün olan şagird eyni bal toplayan digər şagirdlə müqayisədə qalib hesab olunur. Bu şərtlər iki və daha artıq şagirddə üst-üstə düşərsə, Qaliblərin sayı şagirdlərin sayı ilə eyni olur. Bu halda nəzərdə tutulmuş güzəşt şagirdlərin hər birinə aid edilir və tam olmaqla, mükafat tərəflər arasında yarı şəkildə bölüşdürlür.

Bilik yarışmasının nəticələri imtahandan 3 gün sonra tam təsdiqləndi. Hədəf Kurslarının MQT və UQT imtahanlarından fərqli olaraq, Bilik yarışmasının nəticələri internet üzərindən deyil, sms və zəng məlumatı əsasında iştirakçılara çatdırılır. Belə ki, Hədəf Kurslarının bütün filialları imtahan nəticələri ilə bağlı iştirakçılarla əlaqə saxlayıb nəticələrini bildirəcək. İmtahanda iştirak edən şagirdlər əldə etdikləri nəticələrə görə qazandıqları güzəştlərdən yararlana biləcəklər. Bir daha məlumat üçün qeyd edək ki, Bilik yarışması həm də Hədəf Kurslarına qəbul imtahanı mahiyyəti daşıyır. 2017-2018 tədris ilində Hədəf Kurslarında təhsil almaq istəyən məktəblilər üçün bu imtahan nəticəsi kursa qəbul balı kimi dəyərləndirilir.