Hörmətli müəllimlər!
12 ildən artıqdır ki, fəaliyyət göstərən “Hədəf Kursları” öz peşəkar müəllim heyəti ilə daim seçilmişdir. “Hədəf Kursları” bu il də hər il olduğu kimi müəllim qəbulu üzrə vakansiya elan edir.
23 may 2021-ci il tarixində Azərbaycan və rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirilməsi nəzərdə tutulmuşdur. Suallar DİM-in və Təhsil Nazirliyinin tədris proqramıları əsasında hazırlanacaqdır.
İmtahanda iştirak etmək istəyən müəllimlər may ayının 3-dən may ayının 19-na qədər Hədəf Kurslarının bütün filiallarına müraciət edərək imtahana buraxılış vərəqi əldə edə bilər.
Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz xahiş olunur. Buraxılış vərəqi üçün xidmət haqqı 10 AZN-dir.
İmtahan Bakı şəhərində keçiriləcək.
İmtahanda iştirak etmək üçün buraxılış vərəqi və şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın!
Abituriyent üzrə müəllim qruplarında vakansiya fənləri:
Azərbaycan dili və ədəbiyyat (Филология)- Azərbaycan bölməsi üçün –40 ixtisas-90 dəqiqə
Riyaziyyat (Математика) Azərbaycan və rus bölməsi üçün -40 ixtisas -90 dəqiqə
İngilis dili (Английский язык) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
Kimya (Химия) Azərbaycan və rus bölməsi üçün – 40ixtisas -90 dəqiqə
Biologiya (Биология) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas 90 dəqiqə
Coğrafiya (География) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
Fizika (Физика) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
Tarix (История) Azərbaycan və rus bölməsi üçün -40 ixtisas-90 dəqiqə
Rus dili (Русский язык) Azərbaycan bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
Rus dili və ədəbiyyatı (Филология) Rus bölməsi üçün-40 ixtisas – 90 dəqiqə
Müəllim qəbulu imtahanında sualların sayı və məzmunu aşağıdakı kimi olacaq: