Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Kursları müəllim qəbulu üzrə vakansiya elan edir!

Mar 28, 2024
Hədəf Kursları müəllim qəbulu üzrə vakansiya elan edir!

Hədəf Kursları və Hədəf STEAM Liseyi birgə müəllim qəbulu üzrə vakansiya elan edir!

Hörmətli müəllimlər, hər il olduğu kimi, bu ilə də Müəllimlərin İşə Qəbulu prosesi müsabiqə yolu ilə həyata keçiriləcək. Hədəf Şirkətlər Qrupuna aid olan təhsil müəssisələrində aşağıdakı fənlər üzrə vakansiyalar mövcuddur:

• Azərbaycan dili və ədəbiyyat – Azərbaycan bölməsi üçün;
• Riyaziyyat (Математика) – Azərbaycan və rus bölmələri üçün;
• İngilis dili (Английский язык) – Azərbaycan və rus bölmələri üçün;
• Kimya (Химия) – Azərbaycan və rus bölmələri üçün;
• Biologiya (Биология) – Azərbaycan və rus bölmələri üçün;
• Coğrafiya (География) – Azərbaycan və rus bölmələri üçün;
• Fizika (Физика) – Azərbaycan və rus bölmələri üçün;
• Tarix (История) – Azərbaycan və rus bölmələri üçün;
• İnformatika (Информатика) – Azərbaycan və rus bölmələri üçün;
• Rus dili (Русский язык) – Azərbaycan bölməsi üçün;
• Rus dili və ədəbiyyatı – rus bölməsi üçün;
• İbtidai sinif müəllimliyi (Преподавание в начальной школе) – Azərbaycan və rus bölmələri üçün;
• Məktəbəqədər hazırlıq (Дошкольная подготовка) – Azərbaycan və rus bölmələri üçün.

Müsabiqənin şərtlərinə görə göstərilən vakansiyalara uyğun namizədlər ilk mərhələdə imtahan verərək ixtisas üzrə biliklərini sınayacaqlar. İmtahan Hədəf Kursları və Hədəf STEAM Liseyinin birgə müəllim qəbulu üçün nəzərdə tutulmuşdur. İmtahanda iştirak etmək istəyən namizədlər Hədəf Kursu filialları ilə yanaşı, Hədəf STEAM Liseyi filiallarına yaxınlaşaraq və ya onlayn buraxılış vərəqi əldə edə bilərlər. İmtahanlar Abşeron rayonu, Bakı, Sumqayıt, Naxçıvan şəhərləri və Balakən, Astara rayonlarında yerləşən filiallarımızda keçiriləcək.
✔️ Müəllim Qəbulu İmtahanı 26 may 2024-cü il tarixində keçiriləcək. Suallar DİM-in təsdiq etdiyi proqramlar və orta məktəb dərslikləri əsasında hazırlanacaq.
✔️ Qaydalara əsasən, namizədlər 90 dəqiqə ərzində 40 ixtisas sualını cavablandırmalıdırlar.
• Azərbaycan bölməsi Azərbaycan dili və ədəbiyyat fənni üzrə:
Azərbaycan dili – 25 sual;
Ədəbiyyat – 15 sual.

• Rus bölməsi rus dili və ədəbiyyat fənni üzrə:
Rus dili – 25 sual;
Ədəbiyyat – 15 sual.

• İbtidai sinif üzrə:
Tədris dili – 20 sual;
Riyaziyyat – 20 sual təqdim olunacaq.

•Məktəbəqədər və bağça müəllimlərinin işə qəbul prosesi iki mərhələdə həyata keçirilir:
Birinci mərhələdə aşağıdakı fənlər üzrə 40 sual verilir.
Savad təlimi – 15 sual
Məntiqi riyazi təfəkkür – 15 sual
Ətraf aləm – 10 sual.
İkinci mərhələdə müəllimin nitq, ünsiyyət bacarığı, psixoloji hazırlığı, pedaqoji bilikləri yoxlanılır.

Qeyd: Hər səhv cavaba görə doğru cavabların sayından səhv cavabların sayının ¼-i çıxılır.
İmtahandan məqbul nəticə göstərən namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakant yer seçmək imkanı müsabiqənin ikinci mərhələsində (müsahibə) veriləcək.

HƏDƏF komandasında çalışmaq istəyi olan hər bir namizədə uğurlar arzulayırıq!