Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Kursları və Hədəf Liseyi birgə müəllim qəbulu üzrə vakansiya elan edir!

Apr 14, 2026
Hədəf Kursları və Hədəf Liseyi birgə müəllim qəbulu üzrə vakansiya elan edir!

Hədəf Kursları və Hədəf Liseyi birgə müəllim qəbulu üzrə vakansiya elan edir!

Hörmətli müəllimlər, hər il olduğu kimi, bu ilə də Müəllimlərin İşə Qəbulu prosesi müsabiqə yolu ilə həyata keçiriləcək. Hədəf Şirkətlər Qrupuna aid olan təhsil müəssisələrində aşağıdakı fənlər üzrə vakansiyalar mövcuddur.

Azərbaycan dili və ədəbiyyatı – Azərbaycan bölməsi üçün

Riyaziyyat (Математика) – Azərbaycan və rus bölmələri üçün

İngilis dili (Английский язык) – Azərbaycan və rus bölmələri üçün

Kimya (Химия) – Azərbaycan və rus bölmələri üçün

Biologiya (Биология) – Azərbaycan və rus bölmələri üçün

Coğrafiya (География) – Azərbaycan və rus bölmələri üçün

Fizika (Физика) – Azərbaycan və rus bölmələri üçün

Tarix (История) – Azərbaycan və rus bölmələri üçün

İnformatika (Информатика) – Azərbaycan və rus bölmələri üçün

Rus dili və ədəbiyyatı – rus bölməsi üçün

İbtidai sinif müəllimliyi (Преподавание в начальной школе) – Azərbaycan və rus bölmələri üçün

Müsabiqənin şərtlərinə görə göstərilən vakansiyalara uyğun namizədlər ilk mərhələdə imtahan verərək ixtisas üzrə biliklərini sınayacaqlar. İmtahan Hədəf Kursları və Hədəf STEAM Liseyinin birgə müəllim qəbulu üçün nəzərdə tutulub. İmtahanda iştirak etmək istəyən namizədlər aprel ayının 13-dən etibarən Hədəf Kurslarının filialları ilə yanaşı, Hədəf STEAM Liseyinin filiallarına yaxınlaşaraq və ya onlayn buraxılış vərəqi əldə edə biləcəklər. İmtahanlar Abşeron rayonu, Bakı, Sumqayıt, Naxçıvan şəhərləri və Balakən rayonunda yerləşən filiallarımızda keçiriləcək.

Müəllim Qəbulu İmtahanı 24 may 2026-cı il tarixində keçiriləcək. Suallar DİM-in təsdiq etdiyi proqramlar və orta məktəb dərslikləri əsasında hazırlanacaq.

Qaydalara əsasən, namizədlər 120 dəqiqə ərzində 40 ixtisas sualını cavablandırmalıdırlar.

Azərbaycan bölməsi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə:

Azərbaycan dili – 25 sual,

Ədəbiyyat – 15 sual,

Rus bölməsi rus dili və ədəbiyyat fənni üzrə:

Rus dili – 25 sual,

Ədəbiyyat – 15 sual,

İbtidai sinif üzrə:

Tədris dili – 20 sual,

Riyaziyyat – 20 sual təqdim olunacaq.

Qeyd: Hər səhv cavaba görə doğru cavabların sayından səhv cavabların sayının ¼-i çıxılır.

İmtahandan məqbul nəticə göstərən namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakant yer seçmək imkanı müsabiqənin ikinci mərhələsində (müsahibə) veriləcək.

HƏDƏF komandasında çalışmaq istəyi olan hər bir namizədə uğurlar arzulayırıq!