Hörmətli müəllimlər, hər il olduğu kimi, bu il də Müəllimlərin İşə Qəbulu prosesi müsabiqə yolu ilə həyata keçiriləcək. Bu il Hədəf Şirkətlər Qrupuna aid olan təhsil müəssisələrində 300-dən çox vakansiya mövcuddur.
Müsabiqənin şərtlərinə görə, göstərilən vakansiyalara uyğun namizədlər ilk mərhələdə imtahan verərək ixtisas üzrə biliklərini sınayacaqlar. İmtahan Hədəf Kursları və Hədəf STEAM liseyinin birgə müəllim qəbulu üçün nəzərdə tutulmuşdur. İmtahanda iştirak etmək istəyən namizədlər may ayının 1-dən etibarən iyun ayının 1-nə qədər Hədəf kursları filialları ilə yanaşı, Hədəf STEAM liseyi filiallarına yaxınlaşaraq və ya onlayn buraxılış vərəqi əldə edə biləcəklər. İmtahanlar Abşeron rayonu, Bakı, Sumqayıt, Naxçıvan şəhərləri və Balakən rayonunda yerləşən filiallarımızda keçiriləcək.
Vakansiya elan edilmiş ixtisaslar isə aşağıdakı kimidir:
Azərbaycan dili və Ədəbiyyatı – Azərbaycan bölməsi üçün
Riyaziyyat (Математика) – Azərbaycan və rus bölmələri üçün
İngilis dili (Английский язык) – Azərbaycan və rus bölmələri üçün
Kimya (Химия) – Azərbaycan və rus bölmələri üçün
Biologiya (Биология) – Azərbaycan və rus bölmələri üçün
Coğrafiya (География) – Azərbaycan və rus bölmələri üçün
Fizika (Физика) – Azərbaycan və rus bölmələri üçün
Tarix (История) – Azərbaycan və rus bölmələri üçün
Məntiq (Логика) – Azərbaycan və rus bölmələri üçün
İnformatika (Информатика) – Azərbaycan və rus bölmələri üçün
Rus dili (Xarici dil) – Azərbaycan bölməsi üçün
Rus dili və Ədəbiyyatı (Русский язык и Литература) – rus bölməsi üçün
İbtidai sinif müəllimliyi (Преподавание в начальной школе) – Azərbaycan və rus bölmələri üçün
Məktəbəqədər hazırlıq (Дошкольная подготовка) – Azərbaycan və rus bölmələri üçün
Müəllim Qəbulu İmtahanı 4 iyun 2023-cü il tarixində keçiriləcək. Suallar DİM-in təsdiq etdiyi proqramlar və orta məktəb dərslikləri əsasında hazırlanacaq (Məktəbəqədər təhsil üzrə çərçivə sənədində göstərilən mənbə əsas götürülmüşdür).
Qaydalara əsasən, namizədlər 90 dəqiqə ərzində 40 ixtisas sualını cavablandırmalıdırlar.
Azərbaycan bölməsi Azərbaycan dili və Ədəbiyyat fənni üzrə:
Azərbaycan dili – 25 sual,
Ədəbiyyat – 15 sual,
Rus bölməsi rus dili və Ədəbiyyat fənni üzrə:
Rus dili – 25 sual,
Ədəbiyyat – 15 sual,
İbtidai sinif üzrə:
Tədris dili – 20 sual,
Riyaziyyat – 20 sual təqdim olunacaq.
Qeyd: Hər səhv cavaba görə doğru cavabların sayından səhv cavabların sayının ¼-i çıxılır.
İmtahanda məqbul nəticə göstərən namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakant yer seçmək imkanı müsabiqənin ikinci mərhələsində (müsahibə) veriləcək.
HƏDƏF komandasında çalışmaq istəyi olan hər bir namizədə uğurlar arzulayırıq!