Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

HƏDƏF KURSLARIN MÜƏLLİM QƏBULU İMTAHANININ II MƏRHƏLƏSİ BAŞLADI

İyun 20, 2016
HƏDƏF KURSLARIN MÜƏLLİM QƏBULU İMTAHANININ II MƏRHƏLƏSİ BAŞLADI

12 iyun 2016 tarixində Hədəf Kurslarında müəllim qəbul sınaq imtahanı keçirilmişdir. Builki qəbul imtahanı Hədəf Kursları, Hədəf liseyi və İstiqlal Tədris Mərkəzi üçün nəzərdə tutulmuşdur. İmtahan iki mərkəzdə: Azərbaycan və Qafqaz universitetlərinin tədris binalarında keçirilmişdir. Azərbaycan və rus bölməsi olmaqla Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, ingilis dili, biologiya, kimya, riyaziyyat, fizika, informatika və məntiq fənlərindən 2000-dən artıq müəllim imtahanda iştirak etmişdir. İştirakçılar 25 ixtisas, 10 kurikulum test tapşırığını yazmaqla biliklərini nümayiş etdiriblər. Fənlər üzrə imtahan müddəti aşağıdakı kimi olmuşdur.

Azərbaycan bölməsi üzrə:

Azərbaycan dili və ədəbiyyat – 120 dəq.
Azərbaycan dili – 90 dəq.
Riyaziyyat – 90 dəq.
Kimya – 90 dəq.
Biologiya – 90 dəq.
Coğrafiya – 90 dəq.
Fizika – 90 dəq.
Tarix – 90 dəq.
İngilis dili – 90 dəq.
Rus dili – 90 dəq.
İnformatika – 60 dəq.
Məntiq – 60 dəq.


Rus bölməsi üzrə:

Rus dili və ədəbiyyat – 90 dəq.
Riyaziyyat – 60 dəq.
Kimya – 60 dəq.
Biologiya – 60 dəq.
Coğrafiya – 60 dəq.
Fizika – 60 dəq.
Tarix – 60 dəq.
İngilis dili – 60 dəq.
Rus dili – 60 dəq.


13 iyun tarixindən etibarən suallar izahları ilə birlikdə hedef.edu.az saytında yerləşdirilib. 15 iyun tarixindən etibarən isə iştirakçılar imtahan nəticələrini həm hedef.edu.az saytından, həm də filiallarımızdan öyrənə biliblər.

Artıq qəbul imtahanının II mərhələsinə start verilib. II mərhələ üçün keçid balını hər bir fənn üzrə müəllimlərin nəticələri müəyyən edir. Hər il olduğu kimi bu il də ehtiyac olunan saydan 2-3 dəfə artıq müəllim II mərhələyə dəvət ediləcək. Bura hər bir fənn üzrə ən yüksək bal toplayan müəllimlər daxil ediləcək və həmin müəllimlərə SMS göndəriləcək. II turda müəllimlərin iş təcrübəsi, tədris edə bilmə bacarığı, nitqi, davranışı və s. qiymətləndiriləcək.

Hədəf Kursları olaraq, imtahanda iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq. II mərhələyə keçmiş bütün müəllimləri təbrik edirik.

Qeyd:

Hədəf kursları müəllim qəbulu imtahanımızın nəticələrinə görə digər tədris müəssisələri üçün ehtiyac olunan fənlər üzrə müəllim təklif edə bilər. Bunun üçün Hədəf Kurslarının Baş ofisinə müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: (012) 594-73-38