Hədəf Kurslarında keçirilən imtahanlar üçün onlayn satış sistemi artıq fəaliyyət göstərir. Bu sistem vasitəsilə imtahanlarda iştirak etmək istəyən şəxslər filiallara yaxınlaşmadan, onlayn qaydada bilet əldə edə bilərlər. Sistemə giriş (Əgər kompüterdən daxil olursunuzsa) hedef.edu.az saytında yerləşdirilmiş mavi rəngli “Bilet al” düyməsi vasitəsilədir. Əgər mobildən daxil olursunuzsa menüyə daxil olaraq Bilet al hissəsinə daxil olun. Vəya aşağıdakı buttona klik edərək daxil ola bilərsiniz.
Onlayn satış sisteminin istifadə qaydası aşağıdakı kimidir.
“Bilet al” düyməsilə keçid etdikdən sonra açılan səhifədə ilk olaraq “İmtahan məlumatları” bölməsində istifadəçi “İmtahan növü”, “İmtahan tarixi”, “İmtahan mərkəzi”, “Bölmələr” və “İxtisaslar” sahələrini müvafiq şəkildə seçdikdən sonra “Növbəti” düyməsini sıxır.
Daha sonra istifadəçinin qarşısında “Şəxsi məlumatlar” hissəsi açılır. Bu səhifədə isə “Unikal kod” (Şəxsiyyət vəsiqəsindəki fin kod), telefon, soyad, ad və ata adı sahələrinə şəxsi məlumatlar daxil edilir.
Bu sahələr doldurulduqdan sonra ekranın sağ tərəfində olan hissədən məlumatların doğruluğunu yoxlayıb “Təsdiq et” düyməsi seçilir.
Məlumatların doğruluğu təsdiqləndikdən sonra artıq “Ödəniş et” düyməsi aktivləşir və istifadəçi ödəniş səhifəsinə yönləndirilir.
Ödəniş hissəsində isə istifadəçi müvafiq kart məlumatlarını daxil edərək bileti əldə edə bilər.
Bu proseslərin son mərhələsi olaraq istifadəçinin qarşısına imtahana buraxılış vərəqi çıxır. İstifadəçi bu vərəqi çap edə və ya pdf formatında telefonun yaddaşında saxlaya bilər.