Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Kurslarından gənc müəllimlərə növbəti dəstək!

Noy 26, 2016
Hədəf Kurslarından gənc müəllimlərə növbəti dəstək!

25 noyabr 2016-cı il tarixindən etibarən “Hədəf Kursları” MMC-nin Baş direktoru, f.ü.f.d. Şəmil Sadiq təhsil müəssisəsinin gənc müəllim kollektivi üçün “Pedoqoji seminarlar”a başladı. Seminarlar hər həftənin 4-5-6-cı günlərində, 3 qrupla təşkil olunacaq.

İlk seminar “Müəllim bir psixoloq kimi” başlığı altında keçirildi. Müzakirə əsasında müəllimin cəmiyyətdə yeri, şagirdin həyatında və kollektivdə roluna diqqət yetirildi. Şəmil Sadiq eyni zamanda gənc müəllimlərlə öz pedaqoji təcrübəsini də bölüşdü. Layihə 3 ay müddətində davam edəcək. Layihənin yekununda aktiv seminar iştirakçıları sertifikatlarla mükafatlandırılacaqlar.