Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Kurslarının abituriyentləri “Yeni klinika”da

Noy 30, 2023
Hədəf Kurslarının abituriyentləri “Yeni klinika”da

Noyabrın 29-u Hədəf Kursları Nizami filialının IV ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan abituriyentlərinin “Yeni klinika” tibb müəssisəsinə infoturu təşkil olunub.

hedef.edu.az xəbər verir ki, gəzintini təşkil etməkdə məqsəd “Yeni klinika” tibb mərkəzi ilə abituriyentləri tanış etmək, onlara gələcəkdə seçəcəkləri ixtisasla bağlı əyani məlumat vermək, ali məktəblərə qəbul imtahanlarında uğur qazanmaları üçün stimul yaratmaq olub.

İnfotur zamanı həkimliyə namizəd olan yeniyetmələr tibb müəssisəsinin bir neçə şöbəsində olub, həkimlər və xəstəxana heyəti ilə söhbət edib, onları maraqlandıran suallara cavab alıblar. Görüş abituriyentlərin xatirəsində xoş izlər buraxıb.

Xatırladaq ki, 2022-ci ildən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsi ölkənin müasir tibb mərkəzlərindəndir.

Hədəf Şirkətlər Qrupu adından “Yeni klinika” tibb müəssisəsi rəhbərliyinə abituriyentlərin istəyinə müsbət cavab verdiyinə, xəstəxana ilə tanış olmaları üçün şərait yaratdıqlarına görə dərin təşəkkür edilib. Gələcəkdə də hər iki qurum arasında əməkdaşlığın davam etməsinin arzu olunduğu bildirilib.