Hədəf kurslarının fəaliyyəti müzakirə edilib
Dekabrın 29-da Hədəf STARS kampusunda Hədəf kurslarının 2025-ci ilin ikinci yarısında həyata keçirdiyi fəaliyyəti ilə bağlı geniş müzakirə aparılıb.
İclasda Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Hədəf kurslarının həmtəsisçisi Vüqar Tarquliyev, kurs rəhbərləri, eləcə də maliyyə-təsərrüfat sahəsi üzrə məsul şəxslər iştirak ediblər.
Hədəf kurslarının icraçı direktoru Səftər Əlsafa ötən yarımildə görülən işlər barədə ətraflı hesabatla çıxış edib. Hesabatda tədrisin keyfiyyət göstəriciləri, müəllimlərin fəaliyyəti, dinləyicilərin imtahan nəticələri və ümumi təhsil göstəriciləri ətraflı təhlil olunub.
Hədəf kurslarının icraçı direktorun tədris işləri üzrə müavini Şakir Hüseyn ötən yarımildə keçirilmiş sınaq imtahanlarının nəticələri, yüksək bal toplamış şagirdlərlə görüş və onların mükafatlandırılması, dərəcə qruplarının yaradılması və nisbətən aşağı bal toplamış şagirdlərlə bağlı qarşıya qoyulmuş hədəflələ bağlı ətraflı məlumat verib, valideynlərlə əməkdaşlıq çərçivəsində görülən işlərin təqdimatın edib.
Görüş zamanı kurs rəhbərlərinin fəaliyyəti nəzərdən keçirilib, mövcud vəziyyət qiymətləndirilib və inkişaf istiqamətləri müəyyənləşdirilib. Yeni ildən etibarən fəaliyyətin daha da gücləndirilməsi, “Hədəf onlayn” tədrisin genişləndirilməsi, tədris prosesində innovativ yanaşmaların tətbiqi əsas prioritetlər kimi qeyd olunub.
Eyni zamanda, müəllim və filial rəhbərlərinin konkret təklifləri əsasında nəşriyyat və tədris sahələrini əhatə edən, 2026-cı ili nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.