11 iyun tarixində Hədəf Kurslarında məktəbəqədər şagirdlərin buraxılış tədbiri keçirildi.
Tədbirdə Hədəf Kurslarının bütün filiallarından hər Azərbaycan, həm rus bölməsinin şagirdləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirin açılış nitqini Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq etdi.
Daha sonra hər filial rəngarəng nömrələrlə çıxış etdilər. Tədbirdə rəqslər, ifalar, Azərbaycan filmlərindən, təbiət və təbii hadisələrinə, peşələrə aid səhnəciklər təqdim edildi.
Tədbirin musiqili qonağı Aqşin Fateh həm valideyn, həm də balacaları təbrik etdi.
Şagirdləri təbrik edir, gələcək həyatlarında uğurlar diləyirik!