Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Müəllimlərin İşə Qəbulu imtahanının minimum keçid balları elan olundu!

İyun 05, 2024
Hədəf Müəllimlərin İşə Qəbulu imtahanının minimum keçid balları elan olundu!

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən filiallarımız üçün ixtisaslar üzrə növbəti mərhələyə keçid balları iştirakçıların nəticələrinə əsasən müəyyənləşib. Qeyd olunan filiallar üzrə 2-ci mərhələyə keçid balları aşağıdakı kimidir:
• Azərbaycan dili və ədəbiyyat (ümumi) – 30
• Azərbaycan dili – 20
• Ədəbiyyat – 12.75
• Biologiya – 31.5
• Coğrafiya – 30.25
• Fizika – 29
• İbtidai metodika – 33
• İnformatika – 16
• İngilis dili – 25.75
• Kimya – 20.5
• Məktəbəqədər – 20.5
• Riyaziyyat – 25
• Rus dili – 30
• Tarix – 32

26 may tarixində Hədəf Kursları və Hədəf Liseyinə Müəllimlərin İşə Qəbul imtahanı keçirildi.
Abşeron rayonu, Bakı, Sumqayıt, Naxçıvan şəhərləri və Balakən, Astara və Ağcabədi rayonlarında yerləşən filial və nümayəndəliklərdə ümumi 12 mərkəzdə təşkil olunan imtahanda Azərbaycan və rus bölməsi olmaqla 13 ixtisas üzrə 2600-dən çox müəllim iştirak etdi.
Müsabiqənin şərtlərinə görə, göstərilən vakansiyalara uyğun namizədlər ilk mərhələdə imtahan verərək ixtisas üzrə biliklərini sınayıblar. İmtahandan məqbul nəticə göstərən namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakant yer seçmək imkanı müsabiqənin ikinci mərhələsində (müsahibədə) veriləcək.
26 may tarixində keçirilən Hədəf Kursları və Hədəf Liseyinə Müəllimlərin İşə Qəbul imtahanının nəticələri ilə imtahanim.net saytından iş nömrənizi yazaraq tanış ola bilərsiniz.
İmtahan kənar müəllimlər üçün işə qəbul, Hədəf Kursları və Hədəf Liseyinin müəllimləri üçün isə attestasiya məqsədi daşıyır.

Hədəf Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edən hər bir müəllimə uğurlar arzu edirik!

Hədəfi böyük olanların ünvanı!

Əlavə məlumat:
+994 12 311 15 20
+994 12 311 01 85