Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Şirkətlər Qrupu baş direktoru Şimali Kipr Türk Respublikasından olan bir qrup iş adamını qəbul etmişdir.

İyul 05, 2025
Hədəf Şirkətlər Qrupu baş direktoru Şimali Kipr Türk Respublikasından olan bir qrup iş adamını qəbul etmişdir.

Hədəf Şirkətlər Qrupu baş direktoru Şimali Kipr Türk Respublikasından olan bir qrup iş adamını qəbul etmişdir.

4 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun mərkəzi ofisində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq ilə Şimali Kipr Türk Respublikasından olan Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) nümayəndələri arasında mühüm əməkdaşlıq və tanışlıq görüşü baş tutdu.
Tədbirdə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, baş direktorun müavini Elvin Əliyev, Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) sədri Ənvər Mamülçü, baş katib Mətin Yılgın, İŞAD-ın Azərbaycan təmsilçisi və eyni zamanda idarə heyətinin sədri İlhami Bilgən, eləcə də idarə heyətinin üzvü Raci Yıldız iştirak etdilər.

Görüş zamanı Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri vurğulanmış, bu əlaqələrin iqtisadi, mədəni və təhsil sahələrində daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
İŞAD Azərbaycan təmsilçisi İlhami Bilgən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqə “Dostluq və Əməkdaşlıq” adına hazırlanmış zümrüd quşu fiquru və üzərində Kipr, Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı "bir millət üç dövlət" ideyasını simvolizə edən plaket təqdim etmişdir. Simvolik məna daşıyan bu hədiyyə xalqlar arasında sarsılmaz bağlara və ortaq mədəni köklərə işarə edir.
Şəmil Sadiq də öz növbəsində Hədəf loqolu buxara papağı Ənvər Mamülçüyə hədiyyə etmişdir. Bu jest Azərbaycanın milli dəyərlərinə və qonaqpərvərlik ənənələrinə əsaslanan yüksək hörmətin göstəricisi kimi qarşılanmışdır.
Görüş qarşılıqlı anlaşma, əməkdaşlıq niyyəti və ortaq gələcək planlara dair razılıqla başa çatmış, hər iki tərəf yaxın zamanda daha konkret layihələr üzərində birgə fəaliyyətin başlanacağına inam ifadə etmişdir.