Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf şirkətlər qrupu heyətinin başsağlığı ziyarəti

Fev 10, 2023
Hədəf şirkətlər qrupu heyətinin başsağlığı ziyarəti

10 fevral 2023-cü ildə Hədəf Şirkətlər Qrupuna daxil olan şirkətlərin rəhbər heyəti qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Respublikası Bakı Böyükelçiliyinə başsağlığı ziyarəti etmişdir.

Ziyarət zamanı kollektiv Böyükelçilik önünə əklil qoyaraq dünyasını dəyişənlərin ruhunu 1 dəqiqəlik sükütla yad etmişdir. Daha sonra Hədəf Şirkətlər Qrupu baş direktoru Şəmil Sadiq, baş direktorun müavini Elvin Əliyev və Robotzade Azərbaycan rəhbəri Ahmet Özaslan səfirlik binasında olaraq Böyükelçilik Ticarət baş müşaviri cənab Ahmet Erdal ilə görüşmüş, şirkət kollektivi adından cənab müşavirə keçmiş olsun diləklərini bildirmişlər.

Görüş zamanı baş direktor Şəmil Sadiq Hədəf Şirkətlər Qrupu kollektivi olaraq baş verən faciədən dolayı çox üzüldüklərini, hər zaman qardaş xalqın yanında olduqlarını bildirmişdir. Rəhbərlik etdiyi qurumda “Vəfa borcu” adlı yardım kampaniyası başlanıldığını və bu yardım kampaniyası zamanı təqribən 300 000 (üç yüz min) Türkiyə lirəsi məbləğində toplanan vəsaitin AFAD (AFET ve Acil Durum) rəsmi bank hesabına köçürüləcəyini qeyd etmişdir.

Bundan əlavə Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Liseyi Masazır fililalında da yardım toplama mərkəzi formalaşdıracaqlarını və orada toplanan yardım əşyalarını Heydər Əliyev Fondu tərəfindən başladılan yardım kampaniyasına təhvil verəcəklərini əlavə etmişdir. Bu mərkəzi formalaşdırmaqda məqsəd yardım etmək istəyən Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan vətəndaşlarımızın işini asanlaşdırmaq, yardımların daha tez və sistemli şəkildə ünvanına çatdırmağa dəstək olmaqdır. Qonaqlara ziyarətlərindən dolayı öz təşəkkürünü bildirən baş müşavir Ahmet Erdal bu dayanışmanın iki dövlət arasındakı dostluğun və qardaşlığın nə qədər dərin və möhkəm olduğunun göstəricisi olduğunu demişdir.