Hədəf Liseyi və Hədəf Kurslarının idarə heyəti üçün unikal təlimlər çərçivəsində 24 saatlıq proqramın ikinci mərhələsi uğurla baş tutdu!
Bu təlimlər liderlik, fərdi məhsuldarlıq, səmərəli əlaqələr qurmaq və istedadın inkişafı kimi mövzularla əməkdaşlarımıza yeni bacarıqlar qazandırmağa yönəldilib. Təlimin iştirakçıları üçün çox dəyərli və maraqlı müzakirələr təşkil olundu.
Təlim mövzuları və çıxışçılar:
Şakir Hüseyn – "Nüfuzlu insana çevrilmək"
Elmin Yaqubbəyli – "Səmərəli əlaqələr qurmaq"
Vüsal Heybətov – "Fərdi məhsuldarlıq"
Nərmin Əliyeva – "Səlahiyyətləri inamsızlıqla Ötürmək"
Elnur İbrahimov – "İstedadın inkişafı"
İştirakçılar müxtəlif mövzularda suallarını paylaşdılar, müzakirələrə qatıldılar və təcrübə mübadiləsi apardılar. Bu proqram 3 ay ərzində davam edəcək və sonunda imtahan təşkil ediləcək.
Təlimin məqsədi təlim-tərbiyə prosesində sistemli yanaşma və peşəkar inkişafı dəstəkləmək, həmçinin Hədəf konseptinin hər sahədə necə tətbiq edildiyini daha dərindən anlamağa kömək etməkdir.
Hədəf Liseyi və Hədəf Kurslarında sistematik inkişaf və keyfiyyətli təhsil üçün atılan bu addımlar gələcəkdə daha da uğurlu nəticələr gətirəcək!