Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Təhsil Mərkəzi və Azərbaycan Dövlət İstiqlal Muzeyi arasında müqavilə imzalandı.

Mar 14, 2015
Hədəf Təhsil Mərkəzi və Azərbaycan Dövlət İstiqlal Muzeyi arasında müqavilə imzalandı.

14.03.2015 Hədəf Təhsil Mərkəzi və Azərbaycan Dövlət İstiqlal Muzeyi arasında qarşılıqlı razılaşmaya dayanan müqavilə imzalanmışdır. Bu müqavilə ilə elm-maarif yolunda daha bir önəmli iş görən Hədəf Təhsil Mərkəzi gələcəyimizin dayağı olan şagirdlərimizin əyani vəsaitlər şəraitində dərslərin daha yaxşı mənimsənilməsi üçün qarşılıqlı iş birliyinə start verdi. Belə ki, tariximizin daha geniş təbliği, dövlət əhəmiyyətli günlərimizin – bayram və hüzn günlərimizlə əlaqəli tədbirlərin təşkil edilməsi, muzey ekspozisiyaları əhatəsində açıq dərslərin təşkili həyata keçiriləcək və müxtəlif filialdan olan şagirdlərimizin müntəzəm olaraq muzeyləri ziyarəti təşkil ediləcək. Müqaviləni Azərbaycan Dövlət İstiqlal Muzeyinin şöbə midiri Sədi Mirseyibli və Hədəf Təhsil Mərkəzinin Layihələr üzrə direktoru Elvin Əliyev imzaladılar. Ümumi layihə rəhbəri Məzahim Mustafazadə təyin edildi.