Axtarış
Gənclik, 80d Həsən Əliyev küç. Ünvanımız
09:00 - 18:00 İş saatı

“Hədəf”in hədəfi cəmiyyətə və bəşəriyyətə faydalı insan yetişdirməkdir

Yan 11, 2023
“Hədəf”in hədəfi cəmiyyətə və bəşəriyyətə faydalı insan yetişdirməkdir

Əsas yanaşmamız “Gör, toxun, et” prinsipidir

Şəmil Sadiq: “Hədəf”in hədəfi cəmiyyətə və bəşəriyyətə faydalı insan yetişdirməkdir


Bayraqdar.info - Bu gün sürətlə dəyişən və inkişaf edən hadisələr bizdən də daha çevik olmağı tələb edir. Şübhəsiz ki, gələcəyini düşünən, öz müstəqilliyini qorumaqda israrlı olan hər bir ölkə bu proseslə ayaqlaşmaq üçün davamlı addımlar atır. Ümumilikdə, dövlətlər dəyişən dünya düzəni ilə ayaqlaşmaq, həmçinin yeniliklərə hər an hazır olmaq üçün elmə, təhsilə xüsusi diqqət ayırırlar ki, bunun da ilkin addımı ibtidai və orta təhsil illərində atılır. Bu baxımdan, Azərbaycanda da müasir innovasiyalara üstünlük verən orta məktəblərin, lisey və kolleclərin fəaliyyəti diqqət mərkəzindədir. Çəkinmədən qeyd edə bilərik ki, bı sırada Hədəf liseyi müsbər mənada fərqlənir. Azərbaycanda ilk dəfə STEM konseptini tətbiq edən Hədəf Liseyi 2018-ci ildə təsis edilib və hazırda bu təhsil ocağında 524 şagird təhsil alır. Hədəf STEM liseyinin qurucu-direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin bayraqdar.info-ya özəl müsahibəsində bu təhsil ocağının uğurlarının sirri, həmçinin, digər suallara cavab almağa çalışdıq. 40-dan çox elmi-metodik, 5 bədii kitabın, 100-ə qədər elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisi olan, 2005 –ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, 2006-cı ildə Kurikulum üzrə Milli Məsləhətçi kimi çalışmış, həmçinin Fənlərin Dostluğu Olimpiadası, Oxu Günü, Anamın kitabı pyes müsabiqəsi kimi layihələrin müəllifi və icraçısı olmuş Ş.Sadiq Təhsildə İnteqrativ Qiymətləndirmə adlı yeni metodunun (ŞİM-Şagird İnkişafının Müşahidəsi) müəllifidir. Müxtəlif sahələri əhatə edən cavablarla zəngin müsahibənin oxucular tərəfindən maraqla qarşılanacağına əminik.

Dünyanın ədalətli insanlara ehtiyacı var

- Şəmil müəllim öncə ondan başlayaq ki, “Hədəf”in hədəfi nədir və bu günə kimi o hədəfin neçə faizinə çatmısınız?
- Çox qəşəng və ağır sualdır. Amma mənim dünyagörüşümə görə hədəf bəlli osa da, hədəfə gedən yolda daha doğru, düzgün işləməlisən. Məsələ bundan ibarətdir. Konkretləşdirsək əgər, deyə bilərəm ki, “Hədəf”in hədəfi cəmiyyətə və bəşəriyyətə faydalı insan yetişdirməkdir. Mən müxtəlif sahələrdə çalşsam da, özümü daha çox müəllim hiss edirəm. 20 nömrəli məktəbdə başlayan dövrdən hiss edirəm ki, ruhumda müəllimlik daha çoxdur. Bu baxımdan bizim hazırda yaşadığımız dünyanın, ölkəmizin, regionumuzun vicdanlı, ədalətli insanlara ehtiyacı var. Bu cür insanları da elmlə, təhslillə yetişdirilib, müəyyən hədəfə çatmalıyıq. Burada bir tarixə də ekskurs etmək istəyirəm. Bu gün geriyə baxanda görürəm ki, “Hədəf ”lə başlayan 15 illik (öncə Hədəf kursları, sonra isə lisey) bir yol var. Ümumilikdə isə 20 illik təhsil karyeram var. Bu müddətdə hədəfimizə getdiyimiz yolda büdrəməmişik. Hesab edirəm ki, istər təhsil və sosial, layihələrimizin, istərsə ideoloji fikirlərimizin ortaya qoyulması, xalq, dövlət adına çalışmalarımız qənaətbəxşdir. Təbii ki, bu mənim qənaətimdir. Cəmiyyət buna necə baxır, kənardan necə görünür, onu artıq deyə bilmərəm. Amma biz - mən və komandamız hər şeyin yaxşı olması üçün əlimzidən gələni edirik. Bu baxımdan hələ ki, hədəfdən yayınmırıq.

COVID-19 insanlarda bir tənbəllik yaratdı

- Liseylə bağlı məsələlərə bundan sonrakı suallarda yenidən toxunacayıq. Amma sizin “özümü daha çox müəllim hiss edirəm” sözünüzdən irəli gələrək bir sual vermək istəyirəm. COVİD-19 pandemiyası təhsil üçün hansı arzuolunmaz vərdişi gətirdi, yaxud hansısa qara iz qoydumu?
- COVİD-19 istənilən halda qara iz qoydu. Bu qara izin içindən işığı tapmaq da olar. Amma ümumiyyətlə qara izdir. Arzuolunmaz vərdişə gəlincə, dünya təhsili xeyli çətinliklər yaşadı. İnsanların sosial mühitdəki münasibətlərinə mənfi təsir elədi. Ən əsası COVID-19 insanlarda bir tənbəllik yaratdı. Bu pandemiya belə deyək ki, təhsil sahəsini iki illik bir yuxuya verdi. İndi gəldik canlı ünsüyyətə, bu məsələdə təhsil alanların da, təhsil verənlərin də itirrdiyi bir ənənəvi metodlar var. O itirilən ənənəvi metodlar artıq toqquşma mərhələsinə gətirib çıxardı. Sinifin idarə olunması, şagirdlərin sinifdə özünü idarə edə bilməsi ilə bağlı məsələlər pandemiyadan sonra təhsildə ciddi çətinliklər yaradan amillər oldu. Amma pandemiyanın yaratdığı yaxşı tərəflərdən biri odur ki, şagirdləri və müəllimləri internet resurslarından faydalı istifadəyə yönəldə bildi. İndi əksəriyyət bilir ki, ali təhsilini uzaq bir ölkəyə getmədən də, distant ala bilər. Yaxud əgər bir şagird xəstədirsə dərsə onlayn qoşula bilər. Bu sıranı çoxaltmaq olar. Ümumilikdə qeyd edim ki, bunlar, əslində, dünya təhsilinə fayda verən amillərdən oldu. Amma bəşəriyyət həmişə canlı ünsüyyətə acdır və buna ehtiyacı var. Bu baxımdan pandemiya ünsüyyətin azalması dövrünü bir az da sürətləndirdi.
- Pandemiyaya kimi adətən “dünyanı elmli adamlar idarə edir” fikri hakim idi. Amma sanki o qara xətti yaradanlar artıq elmi və elmli adamları idarə edirlər...
- Mənim ustadım İsa Muğannanın bir sözü vardı. O deyirdi ki, dünyanı elm xilas edəcək. Amma təəssüflər olsun ki, elm həmişə ya kapitalistin, ya menecerlərin, ya biznesmenlərin əlində olub. Dünyanı idarə edənlər o şəxslərdir. Elm də onlara xidmət edir. İndi o şəxslər, kapitalistlər, dünya gücləri, maliyyə gücləri insanpərvər, humanist olanda o elm cəmiyyət, bəşəriyyət üçün faydalı xidmətə yönəldilə bilər. Olmayanda isə elmdən yanlış yöndə istifadə olunur və bu, cəmiyyət, bəşəriyyətə faydasız olur. Belə deyək, pandemiya ilə bağlı tam təsəffür, nəticə ortada yoxdur. Bununla belə, istənilən halda insanlıq bir keçid dövründədir. Texnologiya, elm, çox ciddi şəkildə, sürətlə inkişaf edib. Amma insan hələ ona çata bilməyib.

“Hədəf” Azərbaycanın milli brendidir

- Burdan keçək, liseyinizə. Bu gün Azərbaycanda çoxlu sayda dövlət və özəl orta məktəbləri var. Deyək ki, mən bir valideyinəm. Sizin liseyi niyə seçməliyəm?
- Cəmiyyətimiz asanlıqla araşdırmaq, nəyin necə olduğunu öyərnmək imkanına malikdir. Hər kəs hər şeyi yaxşı görür və bilir. Buna görə də siz ortaya bir iş qoyursunuzsa onu güclü etməlisiniz. Konkret bizə gəlincə, öncə onu deyim ki, siz “Hədəfi” ona görə seçməlisiniz ki, bu liseyin rəhbəri Şəmil müəllimdir. Ş.Sadıq təhsil adamıdır, müəllimdir. O, buranın həm müəllimidr, həm direktorudur, həm də sahibidir. Bütün özəl liseylərdən əsas fərqimiz budur. Yəni bu liseydə işin başının üstündə dayanan hansısa biznesmen, iş adamı deyil, məhz müəllimdir.
- Yəni sifarişçi də, icraçı da pedaqoqdur...
- Birmənalı şəkildə. Məsələn ola bilər ki, bir biznesmendi restoran açmaq istəyir. Amma o restoranı bir aşpaz açanda nə qədər möhtəşəm olur. Çünki öz işinin sahibi, öz işinin ustası olur. Bizim özəlliyimiz odur ki, əvvəla Hədəf Azərbaycanın milli brendidir. Yəni sıfırdan doğal yolla inkişaf edən bir şirkətik. İkincisi, mən öz arzularımı, öz ideyalarımı, təhsilin faydalı olacaq gördüyüm konsept sistemi əsasında qurmuşam. Bu sistemi də ona uyğun idarə edirik. Bəlkə də yeganə liseydir ki, öz konsepti var. Bizim “Hədəf konsepti” deyə kitabımız var. O kitab müəllimlərin stolunun üstündə olur, müəlimlər ildə bir dəfə “Hədəf konsepti”indən imtahan verir. Şagird, müəllim, valideyn dairəsinin tərəfləri ilə münasibətlərin qurulması, məktəbin idarə edilməsi, təhsilə yanaşmamız, hamısı onun içərisindədir. Ümumilikdə fantastik bir şey etməmişik. Sadəcə biz ümumi mütərəqqi ideyaları toparlayıb ən yaxşıların üzərindən bir sistem qurduq. Birinci hədəfimiz odur ki, şagird məktəbdə xoşbəxt olmalıdır. Çünki uşaqlıqda belə bir fikir formalaşır ki, məktəb sanki bir gestapodur. Amma mən onun üzərində dayanıram ki, şagird məktəbə sevə-sevə gəlsin, məktəbdən evə getmək istəməsin. Bunu bacara bilsək, demək ki, işin 50 faizni görmüşük. Sonra da qalır onun içini doldurmaq. İçini doldurmağa gəlincə, dediyim kimi “Hədəf konsepti”miz var, lisey mühəndislik yönümlüdür, STEAM konseptini Azərbaycana ilk gətirən Hədəf liseyidir. Azərbaycanda açılan ilk özəl məktəbdir ki, burada STEAM laboratoriyaları var. Bir də bizim əsas yanaşmamız “Gör, toxun, et” prinsipidir. Yəni dərsi dərsdə praktik öyrənmək.

Uşaqlara görə Dədə Qorqud bir babadır

- Hədəf həm də kökümüzə, türkçülüyümüzə bağlı olan bir lisey kimi tanınır. Mən içəri girəndə türk çadırını gördüm. Şagirdlər orda dərs oxuyurdular. O türk çadırının bir məsuliyyəti var. Bəs, şagirdlər o məsuliyyətin öhdəsindən gələ bilirlərmi?
- Mən ciddi şəkildə qadağaların tətbiqinin tərəfdarı deyiləm. Qərbdə uşaqlara sərbəst imkan üçün şərait yaradılır, Şərqdə isə qorxu, qadağa höküm sürür. Bizim məktəbdə belə deyil. Məsələn bizə görə Dədə Qorqud nə qədər böyük, müqəddəsdirsə, uşaqlara görə bir babadır. Bir nəvə babası ilə necə rəftar edirsə, burda da elə olmaldır. Yəni uşaq babasının boynuna da minə bilər, üzündən də öpə bilər. Mən bunun tərəfdarıyam. Hətta gücüm olsa liseyin həyətində bir Dədə Qorqud heykəlin qoyduraram, onun qucağına bütün günü uşaqaların oturmasına imkan verərəm. Uşaqlara görə Dədə Qorqud bir babadır. Babanın da qucağlnda oturur hər zaman uşaqlar. O baxımdan mən çadırın da qapısını açıq qoymuşam. Bir də ictimai məsuliyyəti aşılamaq istəyirik. Təsəvvür edirsinizmi, ora bütün günü açıqdır. Amma bu vaxta kimi ordan bir şey də yoxa çıxmayıb, yaxud da qırılmayıb. Sadəcə bu çadırla bağlı uşaqlardan bir istəyimiz var. Dədə Qorqud çadırına girdinsə ilk işin bardaş qurub oturmaq olmalıdır. Bardaş qurub oturdunsa, deməli bu çadırın haqqını verdin. Bir sözlə o çadır da elə bil ki, onalrın öz evləridir. Biz uşaqlara hardan gəldiyimizi, milli kimliyimizi öyrədirik, bu çadır vasitəsilə həm də.

Şagird yox, bala bilgə deyərək, uşaqlara müraciət edirik

- Şəmil müəllim, bir az da tədrislə bağlı məsələlərə toxunaq. “Hədəf”in bala bilgələrinin Azərbaycan miqyasında uğurları bəllidir, bəs beynəlxalq uğurlar barədə nə deyə bilərsiniz?
- Öncə təşəkkür edirəm ki, müsahibəyə gəlməzdən öncə bizim konseptlə yaxından tanış olmusunuz. Hər jurnalist belə etmir. Eyni zamanda sevinirəm ki, sizin kimi jurnalist də artıq bizim uşaqlara şagird yox, bala bilgə deyir. Oxucularınız üçün aydın olsun deyə, bildirim ki, Azərbaycanda məktəblilərə şagird deyilir. Amma biz “Hədəf” olara bu məsələ də milli möhürümüzü vurduq. Şagird yox, bala bilgə deyərək, uşaqlara müraciət edirik. “Niyə məhz bala bilgə”, - deyə soruşsanız, qeyd edim ki, türk dünyasında elmli, ziyalı, çox oxuyan, müdtik insanalara bilgə deyirlər. Biz də uşaqlara deyirik ki, siz indi bala bilgəsiniz, amma oxuyub, bilikli insan olaraq böyüyəndə bilgə olacaqsınız. Konkret olaraq uğurlarla bağlı suala gəlincə, deyim ki, hazırda 4 yaşlı bir məktəbik. Amma buna baxmayaraq qısa müddətdə istər olimpiadalarda, istər beynəlxalq mühəndislik yarışlarında iştirak edirik. Məsələn “Sabahın mühəndisləri” dövlət layihəsi var və “Hədəf” liseyinin bala bilgəsi artıq üçüncü ildir ki, bu müsabiqədə ölkə ikincisi olur. “Sabahın alimləri” olimpiadasında bala bilgəmiz 2019-2020-ci il - III yer; 2021-2022-ci il - II yer. Lütfizadə adına məntiq və riyaziyyat olimpiadası Həsən İbrahimli (5-ci sinif ) II yer tutaraq, gümüş medal qazanıb. Eyni zamanda Türkiyədə keçirilən STEAM mühəndislik müsabiqələrində də bala bilgələrimiz dəfələrlə uğurlu nəticələr əldə ediblər. Ümumilikdə bu müsabiqədə indiyə kimi 58 bala bilgəmiz uğur qazanıb. Bundan başqa Kenquru Beynəlxalq Riyaziyyat olimpiadasında 134, SASMO Beynəlxalq Riyaziyyat olimpiadasında 1, Beynəlxalq Astronomia və Astrofizika olimpiadasında 1, İOL Beynəlxalq Linqvistika olimpiadasında 7, Antalya 13-cü bilik olimpiadasında 4 nəfər, ACM İCPC Beynəlxalq proqramlaşdırma olimpiadasında 4 nəfər uğurla çıxış edib. Sinqaprun böyük və nüfuzlu bir riyaziyyat olmpiadası var. Həmin SASMO - Beynəlxalq Riyaziyyat Olimpiadasında bala bilgəmiz Maqsud Niftiyev (3-cü sinif) qızıl medal qazanıb. Bu yaxınlarda da medalı və sertifikatı gəlib çatdı. Biz həmçinin ilk dəfə interaktiv elm mərkəzini yaradan və Bakitel yarışında bu mərkəzlə iştirak edən bir liseyik. Bizdən başqa Azərbaycanda heç bir liseyin nəzdində interaktiv elm mərkəzi yoxdur. Belə bir mərkəz ASAN xidmətlə Texniki Universitetin birgə əməkdaşlığı ilə ölkəmizdə ayxın vaxtlarda açıalacaq. Amma mən sevinirəm ki, üç-dörd il əvvəl ilkd dəfə biz belə bir mərkəzi liseyin nəzdində açmışıq. Onu da deyim ki, həm özəl, həm də dövlət məkətbləri bizim liseyin elm mərkzəindən istifadə etməyə gəlirlər. Özü də ödənişsiz təqdim edirik. Bir sözlə, uğurlarımız çoxdur. Öz yaşımıza görə bu qədər uğur qazanamaq bizi sevindirir. Burada yaradılmış şəraitdən istifadə edib, bir vacib məqamı da vurğulamaq istəyirəm. Özəl məktəblərin bəzi liseylərdən fərqi var. Biz heç də həmişə məkətbə uşaqları seçib, götürə bilmirik. Əslində, heç mən seçimin də tərəfdarı deyiləm. O mənada ki, ən yaxşı uşaqları, bilikli uşaqları seçib, onlardan bir məktəb təşkil etmək heç də qəhrəmanlıq deyil. Bizdə isə özəl məktəbdir, etiraf edək ki, daha çox maddi imkanlı ailələrin uşaqları oxuyur. Buna baxmayaraq onların icərisindən istedadlı uşaqlar çıxır. Biz liseyin pedoqoji kollektivi olaraq bu cür uşaqların çox olması üçün gecə-gündüz çalışırıq. Yəni liseyə təhsil almağa gələn uşaqların içində uğur qazananların sayının çox olması üçün çalışırıq. Məsələn artıq iki ildir, keçirdiyimiz imtahanlardakı nəticələrinə görə şagirdlərə 100 faiz, 70 faiz, 50 faiz güzəşt veririk. Bütün bunların fonunda bizim nəticələr çox yüksəkdədir. Son iki ilin buraxılışında balabilgələrimiz sadəcə liseydə hazırlaşaraq 100 faiz nəticə göstərmişdir.
- Amma təsəvvür edin ki, ödənişli bir təhsil verirsən, ən yaxşıları seçirsən və inqibator kimi daim onlar medallar gətirir. Bu uğur deyil, sadəcə özünü və cəmiyyəti aldatmaqdır. Amma biz bütün şagirdlərlə işləyirik ki, onların hər biri lazımi bilik əldə edərək, uğur qazana bilsinlər.
- “Teknofest”də də iştirak edirsinizmi?
- Bəli iştirak edirik. Həm Hədəf liseyi olaraq burada böyük bir stendimiz olacaq. Orada təqdim edəcəyimiz maraqlı eksponatlarımız olacaq. Şagirdlərimiz də seçimlərədə iştirak edib, nəticələri gözləyirik.

Dərs zamanı şagirdlər özlərini səngrdə, real döyüş meydanında hiss edirlər

- Türk dünyasına qürur bəxş edən Zəfərimiz var. Bəs, Hədəf liseyinin Zəfər guşəsi varmı?
- Hədəf liseyinin Zəfər guşəsi var. Biz bu guşəni qələbəmizdən dərhal sonra, təqribən qələbəmizdən iki ay sonra yaratdıq. Bizim “Dəmir yumruq” Zəfər otağı deyə, ayrıca hərbi hazırlıq otağımız var. Bu otaq Azərbaycan məktəblərindəki hərbi hazırlıq otaqlarından ən yaxşılarından biridir. Mən bunu çəkinmədən deyirəm. Çünki biz həmin sinifi, həmin otağı sırf səngər döyüş meydanı səviyyəsində qurmuşuq. Dərs zamanı şagirdlər özlərini səngrdə, real döyüş meydanında hiss edirlər. Sinifin dizaynı da o formatda qurulub. Həmçinin bizim orda balabilgələrimiz özləri cənab Prezidentin dəmir yumruğunu 3d printerdə çap edib qapının üzərində vurublar. Bir də həmin sinifin bir divarı mini qənimətlər parkıdır. Döyüşlər zamanı Hədəf liseyi olaraq cəbhə bölgəsinə dəstək aksiyaları keçirmişik. Mən də həmin vaxt savaşın getdiyi bölgələrimizə tez-tez gedib gəlirdim. Oradan bəlli bir şeylər gətirirdim. Həm də qazi valideynlərimiz var ki, onlar da belə deyək mənfur düşmənlərimzidən əldə edilən kiçik qənimətləri bizə veriblər. Bir divarımızı məhz o kiçik qənimətlərlə bəzəmişik. Çox maraqlı eksponatlarımız var. Bundan başqa foyedə nəhəng xarı bülbülün fonuda Vətən müharibəsinin şəhidlərinin şəklini yerləşdirmişik. Hər gün balabilgələrimiz o şəkilləri görür, bizə qələbə bəxş edən şəhidlərin xatirəsini yad edirlər. Onu da deyim ki, məktəbimzin bir müəllimi də Vətən müharibəsində şəhid olub. Şuşada şəhid olan Qoşqar bəy riyaziyyat müəllimimiz idi. Biz onun əziz xatirəsinə həsr edilmiş Qoşqar riyaziyyat bilik yarışı keçirmişik. Mənim köməkçim Mehdi müəllim qazimizdir. Məhəmməd müəllim də döyüşlərdə iştirak edib. Hazırda liseyimzidə 10 şəhid övladı ödənişsiz təhsil alır. Bir də müharibə dövründə Hədəf liseyi Qələbəyə dəstək hərəkatının fəal üzvlərindən biri oldu. Müharibə dövründə ordumuza və cəbhə bölgələrimizə yardımlar apardıq. Buna görə də Yaşat Fondu da, Müdafiə Nzirliyi də bizə təşəkkür plaketi təqdim edib.
- Sizin otağınızda çoxlu papaqlar var. Deysən, papaq kolleksiyası yaratmısınız...
- Bəli, dünya xalqlarının, xüsusilə də türk xalqlarının baş geyimlərinə böyük marağım var. Buna görə hər bir xalqın baş geyimi, baş örtüyündən bir nümunə toplamağa çalışıram. Burada özbək, qazax, qırğız, noqay, macar, türkmən, osmanlı, uyğur baş geyimləri var. Bunlar içərisində həm kişi, həm də qadın baş geyimləri var. Eksponatımda qırğızların milli ornamentlə bəzədilmiş şapkası da var. Yəni müasirliklə milliliyi bir araya gətiriblər. Yəqin ki, gələckədə papaq muzeyi açacam. Eyni zamamanda qədim əl işləri olan eksponatlar da var. Divardakı o bozqurd şəklini də qızım hazırlayıb. Liseyimiz oxçuluq klubu var. Bu yay və ox da o klubdan hədiyyədir. O klubda bala bilgələrimiz milli ənənəvi oxçuluq dərsləri keçirlər.
Biz papağı havaya atmırıq, başımızda, yaxud qolumuzun üstündə tuturuq
- Masanızın üstündəki buxara papaq da bu muzeyin baş eksponatıdır?
- Bu papağın ortasında “Hədəf”in simvolu var. Hədəf konseptində millilik xüsusi önəm kəsb etdiyi üçün biz son zəngimizi də özümüzəməxsus edirik. Çünki orta məktəblərdə adətən şagirdlər son zəng günü Avropasayağı papaqları havaya atırlar. Amma bizim dəyərlərdə papağa böyük sayğı var. Biz papağı havaya atmırıq, başımızda, yaxud qolumuzda tuturuq. Ona görə də biz son zəngimzidə oğlanlara və qızlara milli Azərbaycan geyimini geyindiririk, oğlanlar başlarında ortasında “Hədəf”in simfolu olan buxara papaq, qızlar isə araxçın qoyurlar. Onlar bu papağı göyə atmırlar. Tədbirin sonunda papaqlarını çıxarıb qolları üstünə qoyaraq hörmətlərini bildirmiş olurlar. Yəni müasirliklə ayaqlaşmaqla yanaşı milli dəyərlərimizə hörmətlə yanaşmalı, onları qorumalıyıq.
- Yan otaqda da musiqi alətlərinə də rast gəldik. Bu musiqi alətlərinə maraq hardandır?
- Bu, əvvəla bir tanıtımdır. Qədim türk musiqi alətlərini həm də gələcək nəslə tanıdırıq. Burada dombra, qazaxların qıl qopuzu, Azərbaycanın tarı və sazı, Türkiyənin bağlaması var. Burada eyni zamanda müasir dövrün musiqi alətləri gitara, skripka, qaval və s. var. Dediyim kimi bu mənim həvəsim olmaqla yanaşı uşaqlarımıza keçmişimizin təlqini üçün vacibdir. Məsələn mən qıl qopuzunun nə olduğunu 40 yaşımda bilmişəm. Amma bizim bala bilgələrimiz artıq 8-9 yaşında bunun nə olduğunu öyrənirlər. Bəzən uşaqlarımız onları götürürlər baxırlar, hətta ifa da edirlər. Bir sözlə, bura həm də musiqi otağı kimi istifadə olunur.

Tarix həmişə qiymətlidir

- Bəs bu köhnə radio?
- Mənim tarixə ciddi şəkildə marağım var. Bu radio da tarixə maraq, vallara həvəs baxımından dəyərlidir. Ümumiyyətlə tarix həmişə qiymətlidir. Heç zaman unudulmamalıdır. Bu baxımdan bu radio da musiqi alətlərinin, musiqinin davamı kimi buradadır.
- Siz həm də kitab festivalının da təşəbbüsçülərindən birisiniz. Bəs gələcəkdə bala bilgələrin kitablarından ibarət festival keçirmək barədə düşünürsünüzmü?
- Maraqlı ideyadır. Düzdür belə bir festival düşünməmişik. Amma bir şey deyim. Mən həm də Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədriyəm. Festivalları da bu qurum vasitəsilə keçirirk. Bizim iki il əvvəl məktəbimizdə başlatdığımız “Bir şəhidin kitabı” adlı bir layihəmiz var və artıq o konseptimizə daxil olub. Hər il fevral ayında, təqribn 26 fevrala yaxın, müsabiqı elan olunur. Bilgələrimiz bir şəhid haqqında kitab hazırlayırlar. Həmin kitabda şəhid haqqında yazılır, sonra o kitab dizayn edilri və mətbədə çap olunur. Bütün bu proseslər də məhz bala bilgələlərmiz tərəfindən reallaşdırırılır. Sonra da o kitablar münsiflər heyətinə təqdim edilir. Qalib gələn mükafatlandırılır. Amma siz dediyiniz də yaxşı ideaydır, yəqin ki, gələcəkdə bunu da reallaşdıra bilərik. Məsələn bunu “Öz kitabını yaz”, yaxud də elə “Bir şəhidin kitabı” başlığı ilə keçirə bilərik. Hətta bəlkə də bunu 1 iyin Uşaqların Beynlxalq Müdafiəsi Gününə sala bilərik.