İmtahanda aşağı nəticə göstərənlərin aqibəti necə olacaq?
Onlar 10-cu sinifə buraxılmayacaqmı?
Aşağı nəticə göstərən şagirdlər və onların valideynləri narahatdır. Belə ki, bəzi məktəb direktorları tərəfindən onlara bildirilib ki, aşağı bal toplayan şagirdlər 10-cu sinfə buraxılmayacaq.
Bəs bu məlumat nə dərəcədə doğrudur?
DİM-dən verilən məlumatda bildirilib ki, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq 9-cu sinfi bitirən şagirdlərə attestat verilir və onlar təhsillərinə 10-cu sinifdə davam edə bilirlər.