Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə xanım Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.
Bununla bağlı cənab prezident İlham Əliyev sərəncam imzalayıb.
Həmçinin, iki gün sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 70 yaşı tamam olur.
Həm "Şərəf" ordeni ilə təltif olunma, həm də yubiley münasibətilə Hədəf Şirkətlər Qrupu olaraq Məleykə xanımı təbrik edir, Azərbaycan təhsilində göstərdiyi xüsusi xidmətlərinə görə minnətdarlığımızı bildiririk.