Hədəf Kurslarında keçirilən imtahanlar üçün “Onlayn satış sistemi” artıq fəaliyyət göstərir. Bu sistem vasitəsilə imtahanlarda iştirak etmək istəyən şəxslər filiallara yaxınlaşmadan, onlayn qaydada bilet əldə edə bilərlər. Sistemə giriş hedef.edu.az saytında yerləşdirilmiş mavi rəngli “Bilet Al” düyməsi vasitəsilədir.
“Onlayn satış sistemi”- nin istifadə qaydası aşağıdakı kimidir.
Bu sahələr doldurulduqdan sonra ekranın sağ tərəfində olan hissədən məlumatların doğruluğunu yoxlayıb Təsdiq et düyməsi seçilir.
Ödəniş hissəsində isə istifadəçi müvafiq kart məlumatlarını daxil edərək bileti əldə edə bilər.
Bu proseslərin son mərhələsi olaraq istifadəçinin qarşısına İmtahana buraxılış vərəqi çıxır. İstifadəçi bu vərəqi çap edə və ya pdf formatında telefonun yaddaşında saxlaya bilər.