2 il əvvəl “Hədəf” Kurslarında hazırlığa başlayanda belə yüksək nəticə toplayacağıma inanmazdım. Bu pilləyə qədər yüksəlməyi mənə yaşatdıqları üçün bütün “Hədəf” kollektivinə, xüsusən mənə dərs deyən müəllimlərə təşəkkür edirəm. Hər kəsdən gördüyüm səmimi münasibət məni buraya hər gün bir az da çox bağlayır.
Uğurlu gələcəyi əldə etmək üçün mənim kimi “Hədəf”i seçin. (Rəşid Əliyev)
Kamran Abdullayev – Mən bu il Hədəfdə ikinci ildir oxuyuram. Hədəf kurslarına gəlməyimdə Xırdalan filialının müdir müavini Vüsal müəllimin rolu daha böyükdür. Ən əvvəl onu tanımışam. Sonradan buradakı dərs mühitindən çox razı qaldım. Müəllimlərin hər dərsdə mənə yeni şeylər öyrətməsi dərslərə marağımı daha da artırdı. Burada savadlı şagirdlər var. Onlarla rəqabət aparmaq məni daha çox oxumağa vadar edir. Mən Hədəf kursunun bütün müəllimlərinə və şagirdlərinə uğurlar arzulayıram. İnanıram ki, öz işini layiqincə yerinə yetirən şagirdə Hədəf kursları lazım olan dəstəyi edir. Mən Hədəfdə öz hədəfimə çatacağıma əminəm.
“Hədəf” Kurslarına gəlmədən öncə çox ölçüb-biçmişdim: hazırlaşacağım yer xəyallarımın reallaşmasının təminatçısı ola biləcək bir yer olmalı idi. Mən də məhz buraya gəlməyə qərar verdim. Seçimimdən əmin idim, “Hədəf”dən istədiyimi alacağımı bilirdim. Burada oxuduqca, elmin sirlərini müəllimlərimdən öyrəndikcə anlayıram ki, “Hədəf” mənim arzularımı gercəkləşdirə biləcək yeganə ünvandır. Burada mən özünəgüvən qazandım. Hadisələrə fərqli və məntiqi yanaşma tərzini müəyyənləşdirirəm. Dərsləri daha keyfiyyətli öyrənmək və yaddasaxlamaq bacarığımı formalaşdırıram. İnanıram ki, “Hədəf” mənə uğur qazandıracaq.
Artıq heç şübhəsiz deyə bilərəm ki, hədəfimə gedən yol “Hədəf”dən keçir… (Aytən Hüseynli)
Günay Zamanlı: Bu il Hədəfdə ilk ilimdir. Hədəfi seçməyimə ilk səbəb Famil müəllimin isti münasibəti oldu. Yığdığım nəticəyə və uğura görə ailə mehribanlığını duyduğum tələbkar hədəfçi müəllimlərimə borcluyam. İlk sınaqda müəllimlərimə verdiyim sözü tutmadığım üçün nəticəm məni qane etmədi. Amma mən bilirəm ki, müvəffəqiyyətin hökmdarı olmaq üçün zəhmətin qulu olmaq lazımdır. Müəllimlərimin diqqəti, savadı, təcrübəsi, mehribanlığı və əməyi nəticəsində Hədəfdə arzularıma çatacağıma inanıram.