Necə oldu ki, Sinqapur 40 il ərzində Üçüncü Dünya ölkəsindən Birinci Dünya ölkəsinə keçid etdi və təhsil burada necə rol oynadı ?
“Biz özümüzü kəskin rəqabət və daim artmaqda olan dəyişiklik dolu gələcəyə hazır etməliyik.
GohChok Tong, BaşNazir, Sinqapur, 1997
Sinqapur təhsil sisteminin əsas məqsədi şagirdləri həyatın hər bir anında lazım ola biləcək təhsillə təmin etməkdir. İkitərəfli siyasət (multi-kultural və çox millətli) Sinqapur təhsil sisteminin əsas xüsusiyyətidir. İkitərəfli siyasət nəticəsində hər bir tələbə beynəlxalq dil olan ingilis dilini öyrənir. Şagirdlər həmçinin öz etnik kimliyini, mədəniyyətini, milli və mədəni dəyərlərini bilmək üçün öz ana dilləri olan çin, malay və ya tamil dillərini də öyrənirlər.
Bu təhsil sisteminin əsas tələbi şagirdləri 8 əsas bacarıq vasitəsilə hərtərəfli şəxsiyyət kimi – əxlaqi, mənəvi, intellektual, fiziki və estetik cəhətdən yetişdirməkdir.
8 əsas bacarıq aşağıdakılardır :
Sinqapurda hər bir şagirdin ən az 10 il təhsil almaq imkanı var. Bu, 6 illik ibtidai təhsildən və 4 illik orta təhsildən ibarətdir. Şəgirdlər ibtidai və orta təhsilin sonunda imtahan verməlidirlər. Orta təhsildən sonra şagirdlərin öz seçimlərinə uyğun şəkildə təhsillərini davam etdirmək imkanları var.
Sinqapur təhsil sistemində təhsilin arzu edilən nəticələri aşağıdakılardır :
Sinqapurda özəl təhsil
Bəzi valideynlər övladlarını məktəbdən sonra özəl təhsil almasını istəyir ki, bu da Sinqapurda gəlirli sahəyə çevrilmişdir.
2008-ci ildə aparılan sorğuda məlum olmuşdur ki, hər 100 şagirddən yalnız 3-ü özəl təhsil almır.2010-cu ilin statistikasına əsasən Sinqapurda 540 tədris mərkəzi özəl təhsil təklif edir.Artan tələbata görə tədris mərkəzləri xidmətlərinə görə olduqca yüksək xidmət haqqı alırlar.Məsələn, 2005-ci ildə bu sahədən alınan gəlir $110.6 milyon olmuşdur.Ölkədə geniş şəkildə yayılmasına baxmayaraq, özəl təhsil məsələsi Sinqapurda ixlilaflı məsələlərdəndir.
Bəzi valideynlər övladlarını fərdi müəllim yanına göndərir, çünki onlar qorxur ki, övladları sinifdə digərlərindən geri qalar və ya çünki ola bilərki, müəllim sillabusda verilən dərsləri dərs müddətində tam şəkildə əhatə etməz. Müəllimlər və məktəblər zəif şagirdləri fərdi müəllim dəstəyi almaq üçün ruhlandırır, lakin Təhsil Nazirliyinin bu məsələdə mövqeyi belədir:“ Müəllimlər şagirdlərə özəl dərsi tövsiyə etməməlidirlər.”
Digər tərəfdən,bəziləri özəl təhsilin uşaqların dərs müddətində fikirlərini yayındırdığını (çünki şagirdlər fikirləşirki, indi dərsə qulaq asmasa özəl dərs aldıqda müəllim bu dərsi yenidən izah edəcək)deyərək bunu tənqid edir.
Bəzi tədris mərkəzləri şagirdlərin məktəbdəki ev tapşırıqlarını da edirki, bu da uşaqları sərbəst düşünmə qabiliyyətindən məhrumedir. Bir qism insanların fikrinə görə isə, özəl təhsil şagirdlərin boş vaxtını istismar edir.Təhsil haqqının olduqca yüksək olduğunu nəzərə alaraq deyə bilərik ki, aztəminatlı ailələr öz övladlarını fərdi müəllim yanına göndərə bilmir.
Rəsmi hökumətin isə bu məsələ ilə bağlı mövqeyi belədir : “Aydındır ki, valideynlər övladları üçün hər şeyin ən yaxşısını istəyir və özəl dərs alıb almamaq onların öz şəxsi məsələləridir. ”
Tərcümə : Afaq Abdullayeva.