Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Türkiyəli yazıçı Azərbaycanda döş nişanı ilə təltif edildi

Apr 19, 2023
Türkiyəli yazıçı Azərbaycanda döş nişanı ilə təltif edildi

Türkiyənin tanınmış uşaq yazıçısı, "Günəş yolu" nəşriyyatının direktoru, psixoloq Suat Turqut Hədəf Şirkətlər Qrupunun dəvəti ilə Azərbaycanda səfərdə olub.

S.TUrqut səfər çərçivəsində ANAİB II Uşaq Kitab Festivalında iştirak edib. Bundan başqa Hədəf Liseyi, Hədəf Kursları və Xırdalan şəhər 7 nömrəli məktəbdə şagirdlər üçün “Böyük hədəflərə doğru” adlı təlim-terninqlər verib.
Suat Turqut Xırdalan Şəhər 7 nömrəli məktəb şagirdlərinin müəllifi olduğu "Dəyərlər" dəsti əsasında hazırladıqları yaradıcılıq gecəsində iştirak edib.
Yazıçı türk dünyası uşaqlarının dəyərlərə sadiq böyüməsi üçün yazdığı əsərlər, verdiyi təlimlər və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələrə görə, Hədəf Şirkətlər Qrupunun 15 illik yubileyi münasibəti ilə təsis edilən “Hədəf-15” döş nişanı ilə təltif olunub.