Bəşəriyyət görünməmiş inqilablarla üzləşir, bütün köhnə hekayələr yox olub gedir, amma onları əvəz edəcək yeni hekayələr yaranmır. Özümüzü və uşaqlarımızı belə görünməmiş transformasiyaya və radikal gözlənilməzliyə necə hazırlaya bilərik?
Bu gün doğulmuş körpə 2054-cü ildə 30 yaşında olacaq. Əgər hər şey yaxşı olsa 2100-cü ildə də buralarda olacaq. Biz bu körpəyə nə öyrədək ki, 2054-cü ilin və ya iyirmi ikinci əsrin dünyasında yaşaya bilib tərəqqi etsin?
Hal-hazırda həddən çox məktəblər diqqəti informasiya əzbərçiliyinə verir. Keçmişdə bunun mənası vardı, çünki informasiya az idi. Nə radio vardı, nə televiziya, nə gündəlik qəzet və ya publik kitabxana.
Bundan fərqli olaraq iyirmi birinci əsrdə bizim nəhəng informasiya mənbəyimiz var. Belə bir dünyada müəllimin şagirdə verməli olduğu axırıncı şey informasiyadır. Şagirdlərin onsuzda lazım olan informasiyanı müxtəlif formalarda əldə etmək imkanları var. Bunun əvəzinə insanlara informasiyanın mənasını anlamaq, vacib olanla olmayanın fərqini deyə bilmək qabiliyyətinə ehtiyac var.
Əsrlər boyu müəllimlər məlumat ötürməyə üstünlük veriblər, şagirdləri də özləri üçün düşünməyə ruhlandırıblar. Əgər biz yeni nəsildə kosmos haqqında tam təsəvvür yarada bilməsək, inkişaf etmiş cəmiyyətlərdən çox geridə qalacaq və gələcəyimiz haqqında təsadüfü qərarlar verəcəyik.
İnformasiyadan başqa məktəblərin çoxu diqqəti şagirdlərin differensial tənliklərin həlli, C++ dilində kompüter kodları yazmaq və s. kimi əvvəldən müəyyən olunmuş bacarıqlar toplusunu verməklə məşğuldur. Biz uşaqların hər hansı xarici dildə danışmaq bacarığı əldə etməyi üçün çox səylər göstərə bilərik və sonrada məlum olar ki, 2054-cü ildə Sİ (süni intellekt) proqram yazmağı insandan qat-qat yaxşı bacarır və yeni "Google Translate" tətbiqi hər hansısa xarici dildə nöqsansız nitqlə söhbət eləmək imkanı verir. Hətta sizin o dildə bildiyiniz yanlız “Ok” olsa da.
Yaxşı bəs biz şagirdlərə nə öyrətməliyik?...
... ardı növbəti yazımızda davam edəcək.
Hədəf Kursları icraçı direktorunun müavini Şakir Hüseyn