Turan Balabilgə Akademiyasının prezidenti Şəmil Sadiq və akademiyanın qurucu üzvləri İlber Otaylının vəfatı ilə bağlı nekroloq yayımlayıblar. Nekroloqda deyilir:
"Görkəmli tarixçi alim, dərin elmi düşüncəsi və geniş dünyagörüşü ilə türk dünyasının elmi-ictimai həyatına mühüm töhfələr vermiş professor İlber Ortaylının vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Ömrünü tarix elminin inkişafına, gənc nəsillərin maariflənməsinə və türk dünyasının ortaq tarixi yaddaşının qorunmasına həsr etmiş İlber Ortaylı yalnız Türkiyənin deyil, bütün türk dünyasının hörmət və ehtiramla xatırlanacaq böyük alimlərindən biri idi. Turan Balabilgə Akademiyasının fəxri üzvü kimi onun elmi nüfuzu və mənəvi dəstəyi akademiyamız üçün böyük dəyər daşıyır.
Onun zəngin elmi irsi, dərin təhlilləri və cəmiyyətə verdiyi dəyərli tövsiyələr uzun illər boyunca alimlərə, tədqiqatçılara və oxuculara yol göstərməyə davam edəcək.
Bu ağır itki münasibətilə mərhumun ailəsinə, yaxınlarına, həmkarlarına və bütün türk dünyasına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Onun əziz və işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq.
Turan Balabilgə Akademiyasının prezidenti Şəmil Sadiq və akademiyanın qurucu üzvləri"